• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni paytaxt salına bilər

Yeni paytaxt salına bilər
02.07.2018 14:28
Ölkədə urbanizasiya proseslərinin tənzimlənməsi çox vacib məsələdir.

BAKU.WS xəbər verir ki, bunu akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə "oxu.az”a açıqlamasında deyib.

Hələ bir neçə il öncə bu məsələni dilə gətirdiyini deyən komitə sədrinin sözlərinə görə, bu istiqamətdə müəyyən addımlar atılsa da, problemlər qalmaqdadır.

"Artıq ölkə əhalisinin sayı 10 milyonu ötüb və onun böyük hissəsinin hələ də Bakıda, digər iki mərkəzlərdə cəmləşməsi bir o qədər müsbət qiymətləndirilmir.

Hələ sovetlər vaxtında mərhum dövlət başçısı Heydər Əliyev çıxışlarının birində demişdi ki, Abşeron Azərbaycan ərazisinin 7 faizini təşkil edir. Amma o vaxtlar əhalinin xeyli hissəsi, istehsal olunan potensialın 75-80 faizi burada cəmləşmişdi. Bu, doğrudan da, düz deyil.

Bu, sovet sistemindən qalan bir nəticə idi. Sovet sistemində SSRİ Dövlət Plan Komitəsi, Nazirlər Soveti çalışırdı ki, bütün iri müəssisələri paytaxtda yerləşdirsin.

Çünki onlar üçün bu asan idi ki, mənzil burada idi, kommunal təsərrüfatlar burada idi, ona görə elə iri müəssisələri də burada yerləşdirirdilər.

İndi görürsünüz ki, şəhərin əhalisinin sağlamlığına mənfi təsir edən tullantıları havaya buraxan müəssisələr kənara köçürülür. Bir müddət regionlarda, doğrudan da, məşğulluq problemi çox ciddi şəkildə üzə çıxdı. Çünki əsaslı-əsassız kolxozlar, sovxozlar dağıldı. Bu da olmalı idi. Obyektiv zərurət idi.

Ciddi qaçqın-köçkün problemi yarandı və birdən-birə qaçqınları rayonlarda yerləşdirmək üçün o qədər yer yox idi.

Onlar hamısı gəldilər Bakıya və indi bu tendensiyanı sağlamlaşdırmaq üçün dövlət başçısı daim davam edən proseslər həyata keçirir.

Qaçqınlar üçün məhəllələr, qəsəbələr salınır. Füzulinin ermənilərlə sərhəd olan Horadiz şəhəri, həmçinin, Cəbrayılın Cocuq Mərcanlı qəsəbəsi inkişaf edir.

Dağlıq Qarabağın-erməni faşistləri tərəfindən zəbt edilmiş torpaqların yanında Azərbaycan zəhmətkeşləri iri təsərrüfatlar, sənaye müəssisələri yaradırlar.

Blokada şəraitindəki Naxçıvanda böyük sənaye müəssisələri tikilib. Yəni, bütün bunlar kənddən şəhərə axını azaltmağa kömək edəcək.

Bir neçə bölgədə sənaye məhəllələri yaradılmaqdadır. Bütün bunlar Azərbaycanın potensial inkişaf imkanlarını genişləndirəcək və bu baxımdan, Bakıya köç edən insanlar daha çox kənd rayonlarında qalmağa üstünlük verəcəklər. 

İnsana diqqət ön plana çəkilməlidir. Mən işçilərin bəzi hallarda ixtisarını o qədər də qəbul etməyən iqtisadçıyam. Hər bir iş yerinin ixtisarı mənəvi cəhətdən ağırlıq gətirir. Çünki orada insan nə qədər çox məşğul olarsa, insanlar nə qədər çox əmək fəaliyyətinə cəlb olunarsa, bir o qədər yaxşı olar.

Nəzərə almalıyıq ki, Azərbaycan o qədər də ərazisi böyük olan dövlət deyil ki, yeni paytaxt salaq və ya bir neçə iri şəhərlər yaradaq.

Biz gərək mövcud şəhərlərimizin simasını qoruyaq”, - deyə Z.Səmədzadə sözlərinə əlavə edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol