Azərbaycanda ümumi daxili məhsul artıb

Dünya Bankı ölkələr üzrə ümumi daxili məhsulun (ÜDM) artım tempi barədə hesabatını açıqlayıb.
Oxu.Az xəbər verir ki, hesabatda qlobal ÜDM-in 1960-2017-ci illər üzrə artım tempi əksini tapıb.
Hesabata əsasən, 1960-cı ildə qlobal ÜDM 11.202 trilyon dollar təşkil edirdisə, 2017-ci ildə bu rəqəm 80.078 trilyon dollar olub.
Azərbaycana gəlincə, DB müstəqillikdən sonra ölkə iqtisadiyyatının artım tempini hesablayıb.
Məlum olub ki, əgər 1990-cı ildə Azərbaycanda ÜDM 8.858 milyard dollar təşkil edibsə, 2017-ci ildə bu rəqəm 40,748 milyard dollar olub.
Ötən il ümumi daxili məhsulun artımı ölkə üzrə 2016-cı illə müqayisədə 0,1 faiz təşkil edib. 2016-cı ildə isə Azərbaycanda ÜDM 3,1 faiz azalıb.
2017-ci ildə Gürcüstanda ÜDM 15.159 milyard dollar, Ermənistanda 11.536 milyard dollar olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























