• $
  • €
  • ₽
  • ₺
  • £

Unibankdan korporativ müştərilər üçün yeni kampaniya: Plastik kartı pulsuz al!

Unibankdan korporativ müştərilər üçün yeni kampaniya: Plastik kartı pulsuz al!
02.07.2018 16:12
Unibank hüquqi şəxs olan bütün müştərilərinə pulsuz plastik kart hədiyyə edir. İyulun sonunadək Unibankda hesab açan müştərilərə plastik kartlar pulsuz veriləcək. Kampaniya müddətində indiyədək Unibankda hesabı olmuş bütün hüquqi şəxslər də banka yaxınlaşaraq, biznes kartları pulsuz əldə edə bilərlər. Ölkəmizdə nağdsiz ödənişlərin dövriyyəsinin artması ilə bağlı biznes kartlara ehtiyac çoxaldığından, Unibankın bu kampaniyası biznes sahiblərinə dəstək xarakteri daşıyır.

Hesaba bağlı plastik kart biznes sahiblərinə bir çox üstünlüklər verir. Bu kart hüqüqi şəxs olan müştəriyə banka gəlmədən, şirkətin hesabındakı vəsaitdən istədiyi vaxt, 24/7 istifadə etməyə imkan verəcək.

Unibankın biznes müştərisi olmaq hansı üstünlüklər verir?

* Sərfəli tariflər;

* Dünyanın istənilən yerindən hesablarınızın məsafədən və təhlükəsiz idarə olunması imkanı;

* Hesabın bir neçə dəqiqə ərzində bron edilməsi;

* Kartların pulsuz sifarişini mümkün edən sərfəli əmək haqqı layihəsi, ölkəmizdəki bütün bankomatlardan əmək haqqını komissiyasız nağdlaşdırma imkanı;

* Kassa kəsirlərinin qarşısının alınması üçün lazımı məbləğdə overdraftların ayrılması;

* Sənəd dövriyyəsinin minimuma endirilməsi;

* Unibank və eManat terminallarında ödəniş və digər əməliyyatlar aparmaq imkanı;

* Korporativ xidmətlər sahəsində peşəkar və savadlı bank mütəxəssislərinin xidməti.

Unibankın korporativ müştəriləri banka gəlmədən bankın digər məhsul və xidmətlərindən də faydalana bilərlər. Unibankın mükəmməl rəqəmsal bankçılıq xidmətləri- Unibank Mobile Business (http://onelink.to/um-business), İnternet Banking və Telegram Bot biznes sahiblərinə harada olmaqlarından asılı olamayaraq 24/7 öz bizneslərini idarə etmək, bank hesablarına sərəncam vermək imkanı yaradır.

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək "Qara Qarayev”, "İçərişəhər” , "Dərnəgül”, "Yasamal”, 15 saylı, "Neftçilər”, "Əhmədli”, "Əcəmi” filiallar və "Unibank- biznes mərkəzi”nə, eləcə də Unibankın bölgə filiallarına müraciət edə bilərlər. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan http://www.unibank.az/az/corporate-clients əldə etmək olar.

Unibank- Biznesinizə daimi dəstək!

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol