• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” Bakı Biznes Universitetində keçirilmiş əmək yarmarkasında iştirak etdi

“Nar” Bakı Biznes Universitetində keçirilmiş əmək yarmarkasında iştirak etdi
02.07.2018 16:43
29 iyun 2018-ci ildə Bakı Biznes Universiteti tərəfindən təşkil edilmiş əmək yarmarkasında iştirak edən "Nar” müxtəlif vakant vəzifələrə sənəd qəbulu elan etdi. Əmək yarmarkasının keçirilməsində əsas məqsəd təşkilatçı universitetin tələbə və məzunlarının yiyələndikləri ixtisaslar üzrə müvafiq işlə təmin edilmələrinə dəstək göstərilməsindən ibarət idi. Eyni zamanda, tədbirə digər universitetlərdə təhsil alan tələbələr və məzunlar da dəvət edilmişdilər.

Qeyd edək ki, özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində təhsil və məşğulluğa böyük önəm verən "Nar” mütəmadi olaraq müxtəlif əmək yarmarkalarında iştirak edərək gənc kadrları şirkətdə ixtisasları üzrə işlə təmin etməyə çalışır. Daha öncə, fiziki məhdudiyyətli gənclərin işlə təmin edilməsi üçün təşkil edilmiş yarmarkada iştirak edən mobil operator belə gənclərin cəmiyyətə inteqrasiya edilməsi yönündə müxtəlif layihələr həyata keçirir.

Qeyd edək ki, ADA universitetində keçirilmiş tələbələr üçün əmək yarmarkasında isə "Nar” "Ən yaxşı işəgötürən şirkət” mükafatına layiq görülmüşdü. Mobil operatorun həyata keçirdiyi layihələr haqqında daha ətraflı nar.az internet səhifəsindən məlumat əldə etmək olar.

"Azerfon” MMC ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini istifadəyə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol