Azərbaycandan Gürcüstana gedən turistlərin sayı 10% artıb

Bu ilin iyun ayında Azərbaycandan Gürcüstana dincəlmək üçün 114 652 ölkə vətəndaşı gedib.
"Report" "Business Georgia"ya istinadən xəbər verir ki, bu, ötən ilin iyun ayı ilə müqayisədə 10% çoxdur.
Azərbaycanlılar Gürcüstana üz tutmuş xarici turistlər arasında yalınız Rusiya vətəndaşlarından geri qalıb. Onların sayı 116 357 olub. Siyahıda daha sonra Ermənistan vətəndaşları (96 241 nəfər) və Türkiyə vətəndaşları (90 402 nəfər) qərarlaşıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























