• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell bütün ölkə ərazisində mobil rabitə xidmətinin dayanıqlığını təmin edib

Bakcell bütün ölkə ərazisində mobil rabitə xidmətinin dayanıqlığını təmin edib
04.07.2018 16:27
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti ölkə ərazisində elektrik enerjisinin təchizatı ilə bağlı yaranmış çətinliklər zamanı mobil rabitə xidmətlərinin dayanıqlığını maksimum şəkildə təmin edib.

"Abunəçilərini yüksək keyfiyyətli mobil rabitə xidməti ilə təmin etmək üçün bu günlər ərzində xüsusi rejimdə çalışmışıq. Ən son texnologiya ilə təchiz olunmuş Bakcell şəbəkəsinin texniki imkanları sayəsində dayanıqlı səs və internet xidmətlərini təmin etməyə nail olmuşuq”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.

”İyulun 2-dən 3-nə keçən gecə Bakcell şəbəkəsi və şirkətin bütün müvafiq strukturları dərhal gücləndirilmiş iş rejiminə keçirilib. Mobil xidmətlərin kəsintisiz fəaliyyətinin təmin edilməsi istiqamətində görülmüş qabaqlayıcı tədbirlər çərçivəsində ölkənin paytaxtında və elektrik enerjisinin təchizatı ilə bağlı çətinliklər müşahidə olunan digər bölgələrində yerləşən mobil baza stansiyalarının elektrik təchizatında fasilələrin qarşısının alınması məqsədilə şirkət tərəfindən çoxlu sayda əlavə enerji qurğusu, yüzlərlə stasionar və portativ generator işə salınıb. Həmçinin, "Bakcell”in müvafiq partnyorları və podratçı şirkətləri tərəfindən prosesə əlavə işçi qüvvəsi cəlb olunub.

Bakcell şirkətinin texniki personalı gücləndirilmiş rejimdə fəaliyyət göstərərək 24 saat ərzində mobil şəbəkəyə nəzarət edir və xidmət keyfiyyətinin monitorinqini həyata keçirir. Nəticədə, ucqar ərazilər daxil olmaqla ölkənin bütün bölgələrində "Bakcell”in mobil baza stansiyaların fasiləsiz işi təmin olunur.

Xidmət keyfiyyətinin ölçülməsi və abunəçilərin bütün sual və müraciətlərin dərhal cavablandırıması üçün "Bakcell”in məlumat mərkəzi və sosial media kanalları da həmçinin 24 saat ərzində gücləndirilmiş rejimdə fəaliyyət göstərir.

Bakcell şirkəti şəbəkənin fasiləsiz fəaliyyətinin təmin edilməsinə yönəlmiş tədbirləri davam etdirəcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol