• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” şəbəkəsi tam gücü ilə abunəçilərə xidmət göstərir

“Nar” şəbəkəsi tam gücü ilə abunəçilərə xidmət göstərir
04.07.2018 17:55
Elektrik enerjisinin təminatında yaranmış fasilələrlə əlaqədar olaraq, "Nar” abunəçilərin kəsintisiz və yüksəkkeyfiyyətli rabitə xidmətləri ilə təmin edilməsi üçün zəruri addımlar atıb. Son iki gün ərzində operatorun və tərəfdaş şirkətlərin texniki heyəti sahə və ofislərdə növbə ilə 24/7 rejimində çalışır. Mobil xidmətlərin sabitliyini təmin etmək üçün sahələrdə generatorlardan istifadə olunur. Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində "Nar” 2G/3G/4G şəbəkələrinin müvafiq stabillik göstəricisi təmin edib.

Qeyd edək ki, iki gün öncə başlayan elektrik enerjisi kəsintilərinə baxmayaraq, "Nar” şəbəkəsinin əksər hissəsi bütün ölkə ərazisində abunəçilərə xidmət göstərməyə davam edib. Mobil rabitə xidmətlərinin göstərilməsində çətinliklərin yaşanmaması məqsədilə paytaxt və bölgələrdə mövcud olan bütün resurslar səfərbər edilib, şəbəkənin normal rejimdə fəaliyyəti təmin edilib. "Nar” bu kimi vəziyyətlərdə yarana biləcək çətinliklərin qarşısının alınması üçün önləyici tədbirlər görməyə davam edir.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol