• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell Dağlıq Qarabağda qanunsuz fəaliyyətə etiraz edib

Bakcell Dağlıq Qarabağda qanunsuz fəaliyyətə etiraz edib
06.07.2018 16:04
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mobil operatoru "Etisalat”la Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən "Karabakh Telecom” arasında rouminq razılaşmasının ləğvindən məmnunluğunu ifadə edir.

Özünün uzunmüddətli rouminq partnyoru olan "Etisalat” şirkətinin "Karabakh Telecom”la əməkdaşlığa başlaması ilk günlərdən Bakcell şirkətini narahat edib. Bununla bağlı Şirkət rəhbərliyi tərəfindən dəfələrlə "Etisalat”a rəsmi məktubla müraciət edilib. Məktublarda qeyd olunub ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsidir və bu fakt beynəlxalq səviyyədə tanınır. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən "Karabakh Telecom” şirkəti ilə əməkdaşlıq "Etisalat” şirkətinin beynəlxalq nüfuzuna böyük zərbədir və bu əməkdaşlıqdan əldə olunan gəlirlər qeyri-qanuni rejimin fəaliyyətinin maliyyələşdirilməsi üçün istifadə olunur.

"Etisalat” mobil operatoru isə öz növbəsində "Karabakh Telecom”la əməkdaşlığını məhz "Karabakh Telecom”un Ermənistanda rəsmi qeydiyyatının olması ilə əsaslandırırdı. Lakin "Bakcell” qəti mövqe ortaya qoyaraq bildirib ki, "Etisalat” və "Karabakh Telecom”un əməkdaşlığının davam etməsi "Bakcell” ilə "Etisalat” arasındakı biznes münasibətlərinin birtərəfli şəkildə dayandırlması ilə nəticələnəcək.

Bakcell şirkəti Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bu istiqamətdə atdığı addımları yüksək dəyərləndirir və problemin həllində göstərdiyi səylərə görə dərin təşəkkürünü bildirir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol