• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisləri üçün əlverişli qərar

Yol polisləri üçün əlverişli qərar
20.11.2014 12:14

İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemi tezliklə Daxili İşlər Nazirliyinin (DİN) məlumat bazasına inteqrasiya ediləcək.

ANN.Az Trend-ə istinadən xəbəbr verir ki, bu haqda məlumatı Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov deyib.

Onun sözlərinə görə, İSB-nin informasiya sistemi tezliklə DİN-in nəqliyyat vasitələri və şəxsiyyət vəsiqələri üzrə məlumat bazasına inteqrasiya olunacaq: "Hazırda texniki məsələlər yekunlaşmaq ərəfəsindədir".N.Xəlilov qeyd edib ki, yol polisi artıq avtomobili saxlamadan avtomobilin texniki baxışdan keçməsi, onun qaçırılması və s. məsələləri yoxlaya bilər: "Hazırda yol polisinin zəruri texniki imkanları var və inteqrasiyadan sonra yol polisi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə polisin mövcudluğunu məsafədən yoxlaya biləcəklər".O, əlavə edib ki, inteqrasiyadan sonra blanklardan imtina etmək və AVSMMİS üzrə elektron polisə keçmək imkanı yaranacaq: "İnteqrasiya sığorta şirkətlərinin icrasına 2011-ci ilin dekabrında başladıqları "İcbari sığortlar haqqında" qanun çərçivəsində həyata keçirilir".AVSMMİS polisinin olmamasına görə tətbiq edilən cərimələrə gəlincə, N.Xəlilov bildirib ki, onların artırılmasına ehtiyac görmür: "Hazırda fiziki şəxslər üçün müvafiq sığortanın olmamasına görə cərimənin həcmi 50 manat, vəzifəli şəxslər üçün 100 manatadək, hüquqi şəxslər üçün isə 300 manatadəkdir".İnformasiya sisteminin inteqrasiyası ilə diqqətli sürücülərə qarşı tətbiq edilən bonus sistemindəki çatışmazlıqlar aradan qaldırılacaq. Onun sözlərinə əsasən, ümumilikdə "bonus-malus" sistemi normal işləyir, lakin sığorta agentlərinin məlumatları səhv daxil etməsi üzündən müəyyən problemlər yaranır: "Bu sistem insanın şəxsiyyət vəsiqəsinin PIN kodu üzrə identifikasıyasını həyata keçirir. Sistem bu PIN kod üzrə insanın kimliyini müəyyənləşdirir və onu birinci dəfə səhv, növbəti dəfə isə doğru daxil edərkən sistem həmin insanı eyni şəxs kimi tanımır və əvvəlki informasiyanı nəzərə almır. Lakin inteqrasiyadan sonra (DİN-in məlumat bazası ilə) bu problem həll olunacaq".ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol