• $
  • €
  • ₽
  • ₺
  • £

“SOCAR” 419 milyon manat kredit götürüb

“SOCAR” 419 milyon manat kredit götürüb
09.07.2018 16:30
2018-ci ilin martında SOCAR Qrupu Maliyyə Nazirliyindən 102 mln. manat (60 milyon ABŞ dolları) və 98 mln. manat məbləğlərində, müvafiq olaraq, qısamüddətli və uzunmüddətli borclar götürüb.

Anews.az SOCAR-ın audit olunmuş maliyyə hesabatlarına əsasən xəbər verir ki, cari ildə SOCAR Qrup bir neçə yerli Gürcüstan banklarından 156 mln. manat (239 milyon GEL) və 16 mln. manat (24 milyon GEL) məbləğlərində, müvafiq olaraq qısamüddətli və uzunmüddətli borclar götürüb.

Bundan başqa, cari ildə SOCAR Qrupu bir neçə beynəlxalq bankdan Karbamid zavodu üçün 47 mln. manat (23 milyon Avro) məbləğində borc tranşı qəbul edib.

Bununla da cari ildə SOCAR Qrup ümumilikdə 419 mln. manat kredit götürüb.

Cari ildə SOCAR qrupu bir neçə beynəlxalq və yerli banklara borc öhdəlikləri üzrə müvafiq olaraq 417 mln. manat (245 milyon ABŞ dolları), 6 mln. manat (3 milyon Avro), 187 mln. manat (271 milyon GEL) və SOFAZ-a 65 mln. (38 milyon ABŞ dolları) məbləğində ödəniş edib.

Eyni zamanda, SOCAR Qrup "Azərkimya” zavodunun modernləşdirilməsi prosesi ilə bağlı olan xarici alışlar üçün Azərbaycan Beynəlxalq Bankında girov kimi 129 mln. manat məbləğində məhdudlaşdırılmış pul vəsaiti yerləşdirib.

Bundan əlavə, Qrup "SOCAR Türkiyə Enerji A.Ş”nin (STEAŞ) 13 faiz səhmləri ilə əlaqədar Satış Opsionu Razılaşmasına uyğun olaraq "Goldman Sachs International”a ("GSI”) ödəniləcək minimal ödəniş üçün zəmanət olaraq "Deutsche Bank”da 63 mln. manat (37 milyon ABŞ dolları) məbləğində məhdudlaşdırılmış pul vəsaiti yerləşdirib. 

SOCAR Qrupun həmçinin 10 mln. manat məbləğində akkreditiv üçün girov kimi saxlanılan hesabı mövcuddur.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol