Bakıda tıxac

Bakı şəhərinin 20 Yanvar dairəsində avtomobil yolunda aparılan təmir işləri ilə əlaqədar ətraf yollarda - Bakı Avtovağzalı qarşısında, Sumqayıt-Bakı şosesi və Moskva prospektində tıxaclar var.
ANN.Az "Report"a istinadən xəbər verir ki, bu haqda məlumat Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib. "Zərdabi prospekti, Salamzadə küçəsindən Qələbə dairəsi istiqamətində, Əbdülrəhimbəy Haqverdiyev küçəsindən "Olimp" istiqamətində, Niyazi küçəsi, Əziz Əliyev Küçəsi, Zərifə Əliyeva küçəsi və Akademik Həsən Əliyev küçəsində hazırda tıxac var", - deyə Mərkəzdən bildirilib.
Xatırladaq ki, dünən Bakı şəhər İcra Hakimiyyətinin şəhərsalma və proqnozlaşdırma şöbəsindən bildirilmişdi ki, 20 Yanvar dairəsində təmir olunan yolların bu gün səhər saatlarında açılacağı gözlənilir.
ANN.Az
























