Mənfi rəy alan yağa nazirlik qadağa qoymayıb - AEM

"Zink Omeqa” balıq yağı qadağan olunmayıb, ekspertiza nəticəsində mənfi rəy alıb.
Bu sözləri Axar.az-a Səhiyyə Nazirliyi tərəfindən "Zink Omeqa” balıq yağının qadağan olunması xəbərinə münasibət bildirən Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Esmira Ələkbərova deyib. O bildirib ki, mənfi rəy əhaliyə onun istifadə etməməsi üçün olan çağırışdır:
"Analitik Ekspertiza Mərkəzinin apardığı araşdırma onun istifadəsinin məqbul olmadığını göstərdi. Ekspertiza nəticəsində məlum oldu ki, sözügedən balıq yağı istifadə üçün lazım olan parametrlərə cavab vermir”.
E.Ələkbərova mənfi rəyin həmin məhsulun tərkibindəki dərmanın dozadan artıq və ya kefiyyətsiz olması səbəbindən verildiyini bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























