Sürücülərin nəzərinə: Bu yollardan keçməyin

Bu gün səhər saatarından başlayaraq, Bakının müxtəlif istiqamətlərində avtomobil sıxlığı müşahidə edilir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi MMC-dən Axar.az-a verilən məlumata görə, Bakı-Sumqayıt şossesi - Beynəlxalq avtovağzalın qarşısı, 20 Yanvar metrosu istiqamətində, Ziya Bünyadov prospekti - Baku Steel Company qarşısından Çermet körpüsünə qədər olan yolda, Binəqədi şossesi - Azadlıq prospekti istiqamətində, Alfred Nobel prospekti - Süleyman Əhmədov küçəsi ilə kəsişməsinə qədər olan ərazidə, Tiflis prospekti - şəhər istiqamətində və Üzeyir Hacıbəyli küçəsi - Cavanşir körpüsündə avtomobillərin hərəkətində sıxlıq qeydə alınıb.
***
MMC-dən verilən digər məlumata görə, hazırda Akademik Həsən Əliyev küçəsinin Azadlıq prospekti ilə kəsişməsi istiqamətində, ASAN Xidmətin qarşısında, Tiflis prospekti Akademik Şəfayət Mehdiyev küçəsi ilə kəsişməyə qədər, şəhər mərkəzi istiqamətində, 28 May küçəsi Azadlıq prospekti ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişmə istiqamətində də sıxlıq müşahidə edilir.
Koroğlu Rəhimov küçəsi və Akademik Həsən Əliyev küçəsi istiqamətində isə nisbətən sıxlıq var.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























