• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Texniki Universitetinin fərqlənən tələbələri “Nar” tərəfindən mükafatlandırıldı

Azərbaycan Texniki Universitetinin fərqlənən tələbələri “Nar” tərəfindən mükafatlandırıldı
12.07.2018 10:47
"Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Bu əməkdaşlıq çərçivəsində "Nar” universitetin Radiotexnika və rabitə fakültəsinin 2018-ci dərs ilinin ilk tədris semestri üzrə ən yaxşı nəticələri göstərən tələbələrini mükafatlandırdı.

11 iyun 2018-ci il tarixdə "Nar”-ın baş ofisində təşkil edilən görüşdə göstərdikləri yüksək nəticələrə uyğun olaraq, 1-ci, 2-ci və 3-cü yerləri tutmuş tələbələr – Ağalarov Vüsal, Rzayev Əlislam və İbrahimova Arzu mobil operatordan dəyərli hədiyyələr qazandılar. Təhsilə və maarifə xüsusi önəm verən "Nar”-ın bu təşəbbüsü tələbələri dərslərinə daha həvəslə yanaşmağa sövq edir. "Nar” KSM strategiyası çərçivəsində semestr üzrə ən yaxşı nəticələri göstərmiş 3 AzTU tələbəsi xüsusi hədiyyələrlə təltif edilir.

Qeyd edək ki, Azərbaycan Texniki Universitetində "Nar” GSM laboratoriyası fəaliyyət göstərir. Bu laboratoriya tələbələrə GSM sahəsi üzrə təcrübi biliklər əldə etməyə imkan yaradır. Müasir telekommunikasiya avadanlığının quraşdırıldığı "Nar” GSM laboratoriyasında tələbələr üçün təlim və seminarlar keçirilir. Bu təlimlər mobil rabitənin peşəkarları olan "Nar”-ın texniki əməkdaşları tərəfindən keçirilir.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən "Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olmuşdur. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan "P3 Communications” keçirmiş və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanmışdı.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol