• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Yenidənqurma və İnkişaf Bankı Unibankdakı payını iki dəfədən çox artırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı Unibankdakı payını iki dəfədən çox artırıb
12.07.2018 15:06
Unibankın səhmdarları siyahısında dəyişiklik olub. Bankın səhmdarlarından biri Avropa Yenidənqurma və İnkişaf Bankı, digər səhmdarı DEG - Almaniya İnvestisiya və İnkişaf Cəmiyyətinə məxsus olan adlı sənədsiz səs hüququ verən bütün səhmlərini alıb.

17 May 2018-ci il tarixində "Unicapital” İnvestisiya Şirkəti ASC tərəfindən rəsmiləşdirilməsi həyata keçirilmiş əqdə əsasən, Milli Depozit Mərkəzi bu səhmlərə mülkiyyət hüququnun ötürülməsini 3 İyul 2018-ci il tarixində qeydə alıb və bunun nəticəsində Avropa Yenidənqurma və İnkişaf Bankı, Bankın Nizamnamə Kapitalındakı payını 18,4865 %-dən 44,4748 %-ə qədər çatdırmaqla, 20 551 010 ədəd səhminin mülkiyyətçisinə çevrilib.

Unibank 25 ildən çoxdur ki, ölkəmizin bank sektorunda fəaliyyət göstərir. Hazırda respublikanın bütün ərazisini əhatə edən 31 filialdan ibarət xidmət şəbəkəsi ilə bir milyondan artıq müştəriyə xidmət edir. Daim yeni və sərfəli məhsulları ilə seçilən Unibank, öz strategiyasına uyğun olaraq kiçik və orta sahibkarlığın kreditləşdirilməsi, mikro və nağd istehlak kreditlərinin verilməsi, həmçinin qeyri-kredit məhsulları sahəsində dinamik inkişafını davam etdirir. İlin əvvəlindən stabil inkişaf edən bank, kredit və depozit portfeli həcminə görə ölkə bankları arasında ilk onluqda yer alır. Unibank 2018-ci ilin ikinci rübünü 15 milyon manata yaxın mənfəətlə yekunlaşdırıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol