• $
  • €
  • ₽
  • ₺
  • £

"Atəşgah Sığorta" vətəndaşın sığorta pulunu vermir - ŞİKAYƏT

"Atəşgah Sığorta" vətəndaşın sığorta pulunu vermir - ŞİKAYƏT
29.05.2020 01:14
"Atəşgah Sığorta" ASC növbəti dəfə avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına görə həyata keçirməli olduğu sığorta ödənişindən yayınır, bu barədə "Report"a müraciətində Bakı şəhər sakini İlqar Hüseynov bildirib. 


Şikayətçinin sözlərinə görə, bu il iyunun 27-də etibarnamə ilə idarə etdiyi "Toyota Prado" markalı minik avtomobili paytaxtın Heydər Əliyev prospektində VAZ-2109 markalı başqa bir maşın tərəfindən vurulub. Hadisə yerinə qarşı tərəfin icbari sığortaçısı olan "Atəşgah Sığorta"nın əməkdaşları gəliblər. 


"Avtomobilə 480 manatlıq ziyan dəysə də, şirkətdən 218 manat ödəniləcəyini bildirdilər. Məcbur olub bu məbləğə razılaşdıq. Amma hələ də, "Atəşgah Sığorta" pulu ödəməyib. Hər gün şirkətə zəng edirəm. Əməkdaşlar əksər hallarda telefona cavab vermirlər. Baş ofisə gedəndə isə araşdırma aparıldığını bildirirlər. Bir sözlə, süründürməçilikdir", - deyə İ.Hüseynov qeyd edib. 


"Atəşgah Sığorta"nın baş ofisinə avtomobillə gedib-gəlməyə çəkdiyi xərc artıq şirkətdən almalı olduğu pula bərabərdir. Azərbaycanda bu qədər bərbad xidmət göstərən, müştəri məmnuniyyəti aşağı olan sığortaçı yəqin ki, tapılmaz", - deyə şikayətçi fikrini yekunlaşdırıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol