• $
  • €
  • ₽
  • ₺
  • £

Unitransferlə pul köçürmələri daha asan oldu

Unitransferlə pul köçürmələri daha asan oldu
17.07.2018 15:27
Unibank müştərilərinin rahatlığı üçün Unitransfer ilə pul köçürmələrini daha da asan etdi. Artıq Unibank müştəriləri Unitransfer vasitəsiylə ölkədaxili pul köçürməsini bankın ödəniş terminallarından göndərib, bankomatlarından nağd şəkildə çıxara bilərlər.

Bunun üçün sadəcə ən yaxın Unibank ödəniş terminalına yaxınlaşıb, şəxsiyyət vəsiqənizin pin kodunu və telefon nömrələrinizi daxil etmək kifayətdir. Vəsait göndərildikdən dərhal sonra, 30 gün ərzində iş və ya qeyri-iş günlərindən asılı olmayaraq, günün istənilən vaxtında hər hansı Unibank bankomatına yaxınlaşıb, 10 rəqəmli kodu daxil etməklə göndərilən pulu nağd şəkildə almaq mümkündür.

Köçürmə üzrə xidmət haqqı belədir:

- 500 AZN qədər - 2 AZN;

- 501-1000 AZN arasında olan məbləğlər üçün 4 AZN.

Dünyanın ən məşhur və etibarlı pulköçürmə sistemlərinin xidmətlərini təqdim edən Unibank, hazırda geniş xidmət şəbəkəsinə malik "Zolotaya Korona”, "Contact”, "Western Union”, "Blizko", "PrivatMoney”, "UPT” kimi nüfuzlu təcili pul köçürmə sistemləri üzrə də xidmət göstərərək, manat, ABŞ dolları , avro və Rusiya rublu ilə əməliyyatlar həyata keçirir.

Beynəlxalq pul köçürmə sistemləri ilə əməkdaşlığını ildən-ilə dərinləşdirən Unibank, pul köçürmə xidmətlərini genişləndirmək üzrə ölkə maliyyə qurumları sırasında ilk yerlərdədir. Bu sistemlər dünyanın 190-dan çox ölkəsində fəaliyyət göstərərək, ümumilikdə 500 min təcili qəbul və göndəriş məntəqəsini birləşdirir. Onlardan hər biri pul köçürmələrini tez, rahat və etibarlı şəkildə, istiqamətindən və xidmət məntəqəsindən asılı olmayaraq ən sərfəli tariflər ilə həyata keçirməyə imkan verir. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.

Unibank – hər kəsin bankı!

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol