• $
  • €
  • ₽
  • ₺
  • £

Yumurta və toyuq əti kəskin bahalaşıb

Yumurta və toyuq əti kəskin bahalaşıb
17.07.2018 16:26
Azərbaycanda yumurtanın və toyuq ətinin qiyməti qalxıb. Yay mövsümünün əvvəlində 8-9 qəpiyə satılan yumurta indi 14-16 qəpiyə təklif edilir. Toyuq ətinin bir kiloqramı isə 6 manata (əvvəl qiymət 3 manat 80 qəpiklə 4 manat 50 qəpik arasında dəyişirdi) yüksəlib.

Dövlət Statistika Komitəsi də iyun ərzində toyuq ətinin, yumurtanın qiymətinin qalxdığını açıqlayıb. Bahalaşmanın səbəblərini araşdırmağa çalışdıq. 

Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev Oxu.Az-a bildirib ki, yumurtanın və toyuq ətinin bahalaşması quş yeminin qiymətinin artması ilə bağlıdır.

Belə ki, yemin qiyməti bahalaşdığından istehsalçılar məhsullarının qiymətini qaldırmağa məcbur olublar:

"İyun ayı biçin olduğu üçün bazarda yem azalır. Köhnə yemin qiyməti qalxır. Yəni istehsalçılar bu müddətdən istifadə edirlər. Yem komponentlərinin dəyərindəki artım yumurtanın maya dəyərinə təsir edir”.

A.Vəliyev deyir ki, ölkənin broyler təsərrüfatı 60 faiz xaricdən asılıdır. Onun sözlərinə görə, yemin 80 faizi xaricdən idxal edilir.

Məlum oldu ki, yüksək kalorili yem hesab edilən soyanın tonu 900 manatdan 1400 manata yüksəlib:

"Eləcə də, qarğıdalının tonu 300 manatdan 450 manata yüksəlib. Təəssüf ki, məhsul idxal etdiyimiz tərəfdaşlarımız mövsümi amillərdən istifadə edirlər”.

A.Vəliyevin sözlərinə görə, yumurtanın qiymətində artım müvəqqətidir.

Onu da qeyd edək ki, normal halda yayda yumurta və toyuq ətinə tələbat azaldığından qiyməti aşağı düşməlidir. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol