• $
  • €
  • ₽
  • ₺
  • £

"Ölkəyə 2 milyard ziyan dəyə bilər"

"Ölkəyə 2 milyard ziyan dəyə bilər"
18.11.2014 14:10
“Neftin qiyməti proqnozlaşdırılan həddən aşağı olarsa, Azərbaycana 2 milyard dollar ziyan dəyə bilər”. ANS PRESS-in məlumatına görə, bunu Milli Məclisin bu günkü iclasında Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, deputat Ziyad Səmədzadə bildirib.Komitə rəhbəri qeyd edib ki, neftin qiymətinin 2015-ci ilin dövlət büdcəsində 90 dollar müəyyən edilib. “Dünya bazarlarında qiymət 75-80 dollar da ola bilər. Bu dünya siyasətidir və bizim ona müdaxiləmiz qeyri-mümkündür. Ancaq buna baxmayaraq, Azərbaycanda heç bir sosial proqram yarımçıq qalmayacaq”.Komitə rəhbəri Azərbaycan yollarındakı köhnə istehsallı maşınlardan da danışıb. O, qeyd edib ki, Azərbaycan “Avro-4” standartına keçsə də, problemlər hələ də mövcuddur.Milli Məclis üzvünün sözlərinə görə, problemləri aradan qaldırmaq üçün xüsusi proqramlar hazırlanmalıdır. Bu həm də Azərbaycan ekologiyasına da müsbət təsir edəcək. Ziyad Səmədzadə deyib ki, Azərbaycan investisiyaların qoyulması ilə bağlı beynəlxalq məsləhətçilərin sözünə baxsaydı, bu gün ölkə iqtisadiyyatı çox ağır vəziyyətə düşə bilərdi. “Azərbaycan hökuməti haqlı olaraq mövcud imkanlarla səylərini problemlərin həllinə yönəldib”.Komitə sədri onu da bildirib ki, Azərbaycan emal sənayesini 15-20%-ə qədər artıra bilər ki, bu da bir çox sahələrə müsbət təsir edəcək: “Maşınqayırma sənayesi də inkişaf etdirilməlidir. Ölkədə aqrar sahədə də ciddi işlər görülür, dövlət propqramı hazırlanır. Məsələlərlə bağlı Statistika Komitəsi ilə də danışıqlar aparırıq”.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol