AtaBank Sinqapurda da “bir addın öndə” olduğunu təsdiqləyib

AtaBank-ın bu il
müştərilərinə təqdim etdiyi "AtaNet” Mobil Bankçılıq əlavəsi 12.07.2018-ci il
tarixində Singapurda "Bank və maliyyə sektorunda ən yaxşılarını tanıyaq” şüarı
altında keçirilən tədbirdə "Asian Banking & Finance Wholesale Banking”
Awards 2018 mükafatına layiq görülüb.
2012-ci ildən
etibarən hər il keçirilən tədbirdə Asiya ilə yanaşı dünyanın ən iri banklarının
və maliyyə qurumlarının nümayəndələri iştirak edib.
Asiya ölkələrinin
qabaqcıl banklarının və maliyyə qurumlarının
təqdim etdiyi yeniliklər arasında ən yaxşılar Deloitte,
PricewaterhouseCoopers, KPMG və Ernst and Young kimi "böyük dörtlük” adlanan audit
şirkətlərinin nümayəndələrindən ibarət juri tərəfindən seçilib.
AtaBank-ın rəsmi
nümayəndə heyəti bir neçə gün ərzində müxtəlif tədbirlərdə iştirak edərək
AtaNet Mobil Bank əlavəsinin bütün imkanları, texniki məqamları və təhlükəsizliyi
ilə bağlı təqdimatlar keçirib. Nəticə etibarı ilə 40-dan çox ölkədən iştirakısı
olan və HSBC, Standard Chartered, Bank of China, Citibank kimi nəhəng banklar və
maliyyə qurumları arasında müasir dövrün ən önəmli və ən çox diqqət ayrılan təhlükəsizlik
sahəsində ən təhlükəsiz və ən yaxşı Mobil Bank əlavəsi kimi AtaNet seçilərək
"Domestic Technology & Operations Bank of the Year” nominasiyası üzrə qalib
gəlib və mükafata layiq görülüb.
Mükafatlandırma mərasimində
AtaBank ASC-nin İdarə Heyəti Sədrinin birinci
müavini Etibar Babaşlı çıxış edərək qeyd edib ki: Biz AtaBank olaraq daim şüarımız
kimi "Bir Addım öndə” olmağa çalışmış və bu şüara layiq olmaq üçün hər zaman
yeniliklər tətbiq etmişik. Son yeniliklərdən biri də artıq müştərilərin istifadəsinə
təqdim edilmiş "AtaNet” İnternet və Mobil Bankçılıq xidmətidir. Tədbirə gələn
zaman biz əmin idik ki, bu mükafatı qazanan biz olacağıq. Çünki AtaNet ən
qabaqcıl dünya praktikasına uyğun olaraq zamandan və məkandan asılı olmayaraq əməliyyatların
rahat və sürətli aparılması, təhlükəsizliyi və bir çox üstünlükləri ilə rəqiblərindən
seçilir. Gələcəkdə AtaNet-in bazardakı yerinin qorunması və möhkəmləndirilməsi
üçün komandamız bütün gücü ilə çalışacaq və yaxın zamanlarda AtaNet bir çox
yeni imkanlarını da müştərilərinin istifadəsinə təqdim edəcək”. Etibar Babaşlı
bu mükafata məhz AtaBank – ın layiq görüldüyü üçün fəxr etdiyini və bu uğurun nəinki
AtaBank-ın həm də ölkəmiz Azərbaycanın uğuru olduğu üçün qürur duyduğunu xüsusi
ilə qeyd edib.
Bununla yanaşı səfər
zamanı AtaBank-ın rəhbərliyi bir sıra qabaqcıl Asiya banklarının nümayəndələri
ilə işgüzar görüşlər keçirib və gələcəkdə banklar arasında əməkdaşlıq etməklə
bağlı müzakirələr aparıb. Xatırladaq Asiya maliyyə bazarına xüsusi əhəmmiyyət
verən AtaBank 2017-ci ildə də Çin
Respublikasının ödəniş sistemləri nəhəngi Union Pay International ilə də əməkdaşlıq
müqaviləsi imzalamışdır.
1993-cü ildən fəaliyyət göstərən
"AtaBank" ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı
universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında
korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.






www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























