• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda evlər ucuzlaşdı, bağ evləri isə bahalaşır

Bakıda evlər ucuzlaşdı, bağ evləri isə bahalaşır
23.07.2018 23:12
2018-ci ilin iyun ayında Bakıda daşınmaz əmlak bazarında qiymətlər may ayı ilə müqayisədə 1,57 faiz azalıb.

Anews.az bildirir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Ekspertin sözlərinə görə, ötən ay ərzində ucuzlaşma fərdi və bağ evləri bazarı istisna olmaqla bütün seqmentlərə təsir edib:

"Belə ki, bir ay ərzində ilkin mənzil bazarında qiymətlər 1,67 faiz, təkrar mənzil bazarında 0,21 faiz, torpaq bazarında 2,35 faiz, kommersiya obyektləri bazarında 0,52 faiz azalıb. Mənzil kirayəsi 1,24 faiz, kommersiya obyektlərinin icarəsi 1,77 faiz ucuzlaşıb. Fərdi evlər və bağ evləri bazarında isə qiymətlər iyun ayında 2,7 faiz artıb".

O qeyd edib ki, iyun ayında qiymətlərin azalması bazar üçün adi haldır:

"Bu, yay mövsümü ilə bağlıdır. Bu zaman fəallıq əhəmiyyətli dərəcədə azalır ki, bu da qiymətlərin bir qədər düşməsinə səbəb olur. Mövsüm amili həmçinin fərdi və bağ evləri bazarında qiymət artımını şərtləndirir".

Ekspert əlavə edib ki, ötən ilin iyun ayı ilə müqayisədə daşınmaz əmlak bazarında qiymətlər 2,66 faiz artıb. Onun sözlərinə görə bu, bağ evləri bazarında bahalaşma ilə əlaqədardır:

"Ötən ilin iyun ayı ilə müqayisədə ilkin mənzil bazarında qiymətlər 6,16 faiz, təkrar mənzil bazarında 0,82 faiz, torpaq bazarında 3,32 faiz, kommersiya obyektlərinin icarəsi bazarında 4,36 faiz, fərdi və bağ evləri bazarında isə 17,55 faiz artıb. Eyni zamanda kommersiya obyektləri bazarında qiymətlər 15 faiz, mənzil kirayəsi bazarında 9 faiz ucuzlaşıb".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol