• $
  • €
  • ₽
  • ₺
  • £

Daha bir bankın bağlanmaq təhlükəsi var

Daha bir bankın bağlanmaq təhlükəsi var
29.05.2020 09:39
Azərbaycanın bank sektorunda problemli kredit portfelinin həcminə görə, daha bir «rekordsmen» məlum olub.
 
Fed.az- xəbər verir ki, «AFB bank»ın açıqladığı hesabata əsasən bankın vaxtı keçmiş kreditləri 50%-ə yaxınlaşıb.


AFB Bankın 2018-ci ilin 2-ci rübü üzrə hesabatına görə, 2-ci rübün sonuna bankın müştərilərə verdiyi ümumi kredit portfeli 224 milyon 768,3 min manat, xalis kreditlər 166 643 min manat təşkil edib. Bu dövrdə bankın problemli kreditlərin məbləği isə 111 milyon 933,18 min manat olub. Başqa sözlə, bankda problemli kreditlərin xüsusi çəkisi 49,8%-ə yüksəlib. Müqayisə üün bildirək ki, ölkənın bank sektoru üzrə problemli kreditlərin xüsusi çəkisi 14,3% təşkil edir.


Bankın hesabatlarından məlum olur ki, kreditlərlə bağlı əsas problemlər bu ildən başlanıb. Belə ki, iki il əvvəl - 2016-cı ilin sonunda bankın ümumi kreditləri  225 399,4 min manat (o cümlədən xalis kreditlər 198 milyon 001 min manat) olub.


Həmin dövrdə bankın problemli kreditləri 28 milyon 732,9 min manat olub. Nəticədə problemli kreditlərin xüsusi çəkisi 12,7% təşkil edib.


2017-ci ilin sonunda isə ümumi kreditlər azalaraq 218 milyon 053 min manata (o cümlədən xalis kreditlər 163 milyon 193,8 min manat) enib. Bu dövrdə problemli kreditlər isə əksinə, ikiqat artaraq 59 milyon 268,7 min manata yüksəlib. Nəticədə problemli kreditlərin payı 27,2%-ə qalxıb.


2018-ci ilin 2-ci rübünün nəticələrinə görə isə, yuxarıda deyildiyi kimi, bankın problemli kreditlərin məbləği təqribən 112 milyon manata, onların xüsusi çəkisi isə 49,8%-ə çatıb.


Kreditlərinin 92%-ni Bakıda verib


Bankın kredit portfelinin böyük hissəsi – 92%-i Bakı şəhərinin payına düşüb. Kreditlərin məbləğinə görə sonrakı yerləri Sumqayıt, Şəmkir və Naxçıvan şəhərlərinin payına düşüb. Ümumilikdə ən çox kredit Abşeron yarımadasına verilib ki , bu da 211 207 mln manat və ya 93,9 % təşkil edib. Şəmkir üzrə verilən kredit məbləğidə 2 mln 935 min manat təşkil edib.


Bankdakı problemli kreditlərin də böyük hissəsi Bakı şəhərinin payına düşür - 95,5%. Yüksək göstəricilərlə yanaşı hec borcu olmayan Oğuz,Qax , Daşkəsən kimi regionlar olub.


FED.az xəbər verir ki, iqtisadiyyatın sahələri üzrə kredit məbləği 186 716 mln manat olub. Ən çox kredit kənd təsərrüfatı sahəsinə verilib ki, bu da 53 969 mln manat və ya 28,90% olub.Bundan başqa istehlak kreditləri də 45 744 mln manat və ya 24,49%  olub. Sənayenin digər sahələri üçün 29 977 mln manat kredit verilib. Ən az kredit nəqliyyat sahəsinə verilib 87 min manat.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol