• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaq ayaqqabıları istehsal edən 12 şirkət bağlandı

Uşaq ayaqqabıları istehsal edən 12 şirkət bağlandı
28.05.2020 21:05
Zəhərli tullantıların təkrar istehsala qaytarılaraq bazarlara çıxarılması geniş rezonans doğurub. Xüsusilə də əldə edilən xammaldan uşaq ayaqqabılarının istehsalında istifadə edilməsi dünya mediasının gündəmini zəbt edib.

Publika.az xəbər verir ki, Türkiyə də daxil olmaqla, bir çox ölkələrdə azyaşlılar üçün istehsal edilən ayaqqabıların sağlamlığa zərərli olduğu təsbit edilib. İtaliyanın Milan şəhəri və ətraf rayonlarında aparılan araşdırmalar zamanı məlum olub ki, zərərli tullantılar qeyri-qanuni şəkildə yenidən istehsala qaytarılaraq xüsusi anbarlarda çalışan şəxslərə satılır. Həmin işlərdə şübhəli bilinən 9 nəfər saxlanılıb.

Məlumatda qeyd olunub ki, zərərli tullantılardan əldə edilən xammaldan uşaq ayaqqabılarının və bir sıra üst geyimlərinin istehsalında istifadə edilir. Bu səbəbdən ölkədə tullantı toplanılması ilə məşğul olan şirkətlərdə monitorinqlər aparılıb, onların bu tullantıları qanuni yollara toplayıb məhv etdikləri, yoxsa qeyri-qanuni şəkildə bəzi şirkətlərə satdıqaları araşdırılıb.

Eyni zamanda o da qeyd edilib ki, bu tullantılardan əldə edilən saxta "PVC” xammallar normal bazar qiymətindən 3 dəfə ucuz satıldığı üçün Türkiyə, Meksika, Kanada, Mərakeş və bir çox başqa ölkələrdə fəaliyyət göstərən şirkətlərin marağını cəlb edir. Şirkətlər bu xammallardan plastik sənayedə, uşaq ayaqqabısı və rezin çəkmə kimi çox sayda məhsulların istehsalında istifadə olunur.

Faktla bağlı cinayət işı açılıb, qeyri-qanuni tullantı ticarəti ilə məşğul olan 12 nəfər haqqında araşdırma başladılıb. 9 nəfər tutulub. Bu günə qədər bu yolla 2 milyon avroya yaxın gəlir əldə olunub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol