“Apple” sevənlərə bəd xəbər

ABŞ-ın Çin mallarına yeni rüsumlar tətbiq etməyə davam etməsi və ticarət savaşının genişlənməsi "Apple”ın bəzi məhsullarında qiymət artımına səbəb ola bilər.
İKT.lent.az-ın "Financial Times”a istinadən verdiyi xəbərə görə, "Apple”ın ən sürətli inkişaf edən sektoru – "Apple Watch”, "HomePod” kolonkaları, "AirPods” qulaqcıqları Donald Trampın Çindən idxal olunan mallara 200 milyard dollarlıq rüsum tətbiq etmək təklifindən mənfi təsirlənə bilər. Şirkətin əsas məhsulları – "iPhone”lar və "Mac” kompüterləri hələ ki rüsumların təsirindən kənardadır.
Qəzet yazır ki, "Apple” ya ABŞ-da qiymətləri qaldıracaq, ya da artan rüsumları özü kompensasiya edərək gəlir itkisinə məruz qalacaq.
"ABŞ və Çin arasında ritorikanın dərəcəsinin yüksəlməsi "Apple”ın səhmlərinin dəyəri üçün ən böyük risklərdən biridir”, - deyə "Morgan Stanley” analitikləri bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























