• $
  • €
  • ₽
  • ₺
  • £

“Uşaq Qaynar Xətt Xidməti”nin uşaqlara psixoloji və mənəvi dəstəyi davam edir

“Uşaq Qaynar Xətt Xidməti”nin uşaqlara psixoloji və mənəvi dəstəyi davam edir
30.07.2018 16:10
"Səninlə kobud rəftar edirlər? Narahatsan? Qorxursan? Onda problemini bizimlə bölüş!”

Bu çağırış "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” tərəfindən bütün uşaqlara ünvanlanıb.

"Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” "Azercell Telekom” MMC-nin dəstəyi ilə fəaliyyətə başladığı ilk gündən minlərlə uşağa psixoloji və mənəvi dəstək göstərib. Xidmət artıq ölkəmizdə uşaqlar tərəfindən kifayət qədər etibar qazanıb. Məhz buna görədir ki, "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nə müraciət edən uşaqların sayı hər keçən gün artmaqdadır. Xidmət göstərdiyi 8 il ərzində "Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə müxtəlif problemlərlə bağlı ölkənin bir çox şəhər və rayonlarından uşaqlar və gənclər, habelə valideynlər tərəfindən 32 000-dən artıq zəng daxil olub. Tək bu ilin ilk 6 ayı ərzində "Uşaq Qaynar Xətti”nə 1379 müraciət daxil olub. Bu zənglərdən 269-u psixoloji, 259-u hüquqi, 58-i səhiyyə, 65-i sosial, 650-si təhsil, 78-i digər problemlərlə bağlı olub. Daxil olan müraciətlərin 914-ü 18 yaşdan yuxarı, 465-i isə 18 yaşdan aşağı olan şəxslər tərəfindən edilib. 570 müraciət şəhərdaxili nömrədən, 792-si mobil nömrədən, 17-si ilə sms və Facebook səhifəsi vasitasilə daxil olub. "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nə ölkəmizdən kənarda yaşayan uşaqlar da müraciət edir ki, daxil olan zənglərin 65-i ölkə xaricindən qeydə alınıb.

Qaynar xətt hazırda saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir, bura həm şəhərdaxili, həm də Azercell nömrələrinə (012 480 22 80; 050/051 680 22 80) zənglə, habelə e-poçt xidməti ([email protected]) və internet saytı (www.childhelpline.az) vasitəsilə müraciət etmək mümkündür.

Qeyd edək ki, xidmətin yaradılmasında məqsəd ailədə zorakılığa məruz qalan, həmyaşıdları ilə problem yaşayan, psixoloji və mənəvi yardıma ehtiyacı olan uşaqlara dəstək olmaq, onlara problemlərinin həllinin tapılmasında, sosial mühitə uyğunlaşmalarına yardım etməkdir. 2017-ci ildə Azercell şirkətinin təşəbbüsü və dəstəyi ilə Qaynar Xətt xidmətinin İOS və Android əməliyyat sistemləri üçün nəzərdə tutulan mobil tətbiqləri də istifadəyə verilib. 2018-ci ilin iyun ayının 13-dən isə Xidmətin Göygöl ofisi fəaliyyətə başlayıb. Mərkəz yalnız Göygöl rayonu üçün deyil, eyni zamanda yaxın ətraf rayonlarda (Goranboy, Gəncə, Şəmkir, Qazax, Aqstafa) yaşayan uşaqlara da xidmət göstərir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol