• $
  • €
  • ₽
  • ₺
  • £

Metropoliten: Bir sərnişinin daşınma xərci 47 qəpiyə bərabərdir

Metropoliten: Bir sərnişinin daşınma xərci 47 qəpiyə bərabərdir
31.07.2018 13:34
Bir sərnişinin daşınma xərci 47 qəpiyə bərabərdir. Bu günə olan tarif isə 20 qəpik təşkil edir. Həmin 47 qəpiyə metropolitenin istismar xərcləri daxildir.

Bu sözləri Axar.az-a açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov ötən gün Tarif Şurasının ictimai nəqliyyatda gedişhaqlarının artırılması barədə qərarından danışarkən deyib. O bildirib ki, bu qərarın qəbul edilməsində əsas məqsəd metropolitenin büdcədən asılılığının azaldılmasıdır:

"Bakı Metropoliteni QSC hər il maliyyə hesabatları dərc edir, müvafiq səlahiyyətli strukturlara hesabat verir. Metropolitenin tikintisi, yeni qatarların alınması, əsaslı təmir olunması və modernləşdirilməsi, stansiyaların yenidənqurulması və s. işlər həmin xərclərə daxil deyil. Bundan əvvəl Bakı Metropolitenində qiymət artımı barədə axırıncı dəfə 2011-ci ilin noyabrın 24-də qərar qəbul edilib, dekabr ayının 1-dən isə qüvvəyə minib. 2011-ci ilə qədər metropolitendə gedişhaqqı 15 qəpik təşkil edirdisə, müvafiq qərardan sonra 5 qəpik bahalaşaraq 20 qəpik olub.

Təbii ki, həmişə olduğu kimi, qiymət artımından sonra da Bakı Metropolitenində yenidənqurma, təkmilləşmə işləri aparılacaq. Məsələn, əvvəlki illərlə müqayisədə təmirə ehtiyacı olan qatarların sayı kifayət qədər azaldılıb. Metropolitenin ayrı-ayrı stansiyalarının yenidənqurulması ilə bağlı görülən işlər isə göz qabağındadır”.

B.Məmmədov qiymətlərin artırılmasından sonra belə sərnişindaşımada ən ucuz qiymət tariflərinin məhz Azərbaycanda olduğunu deyib:

"Metro ilə bağlı lazımi material və avadanlıqların əksəriyyəti xarici ölkələrdə istehsal olunur. Bu məsələləri nəzərə alanda hətta qiymət artımından sonra Azərbaycanla postsovet məkanındakı gedişhaqlarını müqayisə etsək, görərik ki, ən ucuz tariflər Bakı Metropolitenindədir. Məsələn, bu ilin iyulun 14-də Ukrayna metropolitenində gedişhaqları artırılaraq, uşaqlar üçün 41, böyüklər üçün 50 qəpik müəyyənləşdirilib. Bu rəqəm Minskdə 55, Daşkənddə 37 qəpik təşkil edir.

Rusiya metro sahəsində ən böyük istehsalçı ölkələrdən biri olmasına baxmayaraq, qiymətlər yüksək həddədir”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol