• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıtlıların nəzərinə: sabahdan...

Sumqayıtlıların nəzərinə: sabahdan...
31.07.2018 14:53
Xəbər verdiyimiz kimi, ötən gün (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.

Qərara əsasən,  metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.

Yeni tariflər cari ilin 1 avqust tarixindən qüvvəyə minəcəkdir.

Müəyyən olunan bu qiymətlər bütün regionlarda olduğu kimi, Sumqayıtda da tətbiq olunacaq. Sabahdan  Sumqayıt sakinləri şəhərdaxili hərəkət edən marşrut avtovuslarında 30 qəpik gediş haqqı verməli olacaqlar.  Buraya həmçinin, 9 və 30 saylı marşrutlar da daxildir.

Sumqayıt-Bakı-Sumqayıt üzrə hərəkət edən avtobus marşrutlarında gəldikdə isə sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik təsdiq edilib. 

Məlumat üçün qeyd edək ki, Bakı-Sumqayıt avtobus marşrutunda sərnişindaşıma xidməti üzrə tarif Bakı şəhərindən Sumqayıt şəhərinə qədər olan məsafəni əhatə edir və Sumqayıt şəhərinin daxili marşrutları üzrə hərəkət davam etdikdə, həmin tarifə müntəzəm şəhərdaxili avtobus marşrutları üçün təsdiq edilən tarif əlavə olunur.

Buradan belə anlaşılır ki, Sumqayıt-Bakı-Sumqayıt üzrə hərəkət edən avtobus marşrutları əgər şəhərdaxilində də hərəkət edərsə, gediş haqqı 60 qəpik olacaq. 
 
İndi isə gələk digər marşrutlara. Qiymət artımından əvvəl Hacı Zeynalabdin qəsəbəsinə doğru hərəkət edən 3 saylı marşrutlarda gediş haqqı 25 qəpik idi. Qiymət artımından sonra isə bu məbləğ 40 qəpik olacaq.

Sumqayıtdan Yaşmaya doğru hərəkət edən 26 saylı marşrutlarda da qiymət dəyişikliyi olub. Artımdan öncə bir nəfər üçün gediş haqqı 50 qəpik idisə indi 85 qəpik olacaq. 
 
Bağlar istiqamətinə doğru hərəkət edən avtobuslarda gediş haqqı 25 qəpik idisə, qiymət artımından sonra gediş haqqı 40 qəpik olacaq. 

Kiçik bir araşdırma aparaq.  Qiymət artımından əvvəl  bir tələbə Sumqayıt avtovağzalına 20 qəpiyə gəlib, oradan isə Bakıya 40 qəpiyə gedirdi. Metrodan istifadə etdikdə isə daha 20 qəpiyindən keçməli olurdu.  Deməli  bir tələbə üçün mənzilbaşına çatmaq 80 qəpiyə başa gəlirdi. Belə olan təqdirdə ümumilikdə bir tələbə gün ərzində 1,6 manat xərcləməli olurdu.  Qiymət artımından sonra isə isə bu xərclərin məbləği 2,2 manat olacaq.

Bu isə bir tələbənin büdcəsinə 60 qəpik təsir göstərəcək. Ay ərzində isə bu məbləğ təxminən 12 manat edir.  Əvvəl 32 manatla bir tələbə paytaxta gedib gəlirdisə, indi 44 manat  xərcləməli olacaq. 

Bu isə 40 faiz artım deməkdir.
 
/// xeberle.com

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol