• $
  • €
  • ₽
  • ₺
  • £

Yasamalda iki küçənin təmirinə başlanıldı

Yasamalda iki küçənin təmirinə başlanıldı
02.08.2018 15:29
Yasamal rayonunda Məhəmməd Xiyabani və "A Keçidi” küçələrinin əsaslı şəkildə təmiri işlərinə start verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Axar.az-a verilən məlumata görə, hazırda Məhəmməd Xiyabani küçəsinin Bakı Dairəvi-1 avtomobil yolu ilə kəsişməsindən "A Keçidi” küçəsi ilə kəsişməsinədək olan 550 metrlik hissəsi və "A Keçidi” küçəsinin Məhəmməd Xiyabani və Əsəd Əhmədov küçələri arasında yerləşən 400 metrlik hissəsi təmir edilir.

Küçələr uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən yolun hərəkət hissəsi deformasiyaya uğramış, qabarmalar, çökmələr və çatlar əmələ gəlmişdi. Üstəlik küçələr boyu piyadalar üçün bəzi hissələrdə səkilərin olmaması, mövcudlarının isə dağılması bütün hərəkət iştirakçıları üçün problemlərə gətirib çıxarırdı. Bu üzdən küçələrin əsaslı şəkildə təmir olunması zərurəti yaranmışdı.

Təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı 6 min kv.m sahədə frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu 22 min kub.m həcmdə qazılaraq çıxarılır, qazılmış və genişləndirilmiş ərazilərə isə 30 min kub.m-dən çox yararlı material tökülərək kipləşdirmə işləri aparılır.

Bu işlərin ardınca zəruri olan ərazilərdə 5800 kub.m həcmdə yol əsası inşa ediləcək. Daha sonra həmin ərazilərə əlaqələndirici bitum səpilməklə düzləndirici asfalt-beton qatı döşənəcək. Texnoloji ardıcıllığa uyğun olaraq növbəti mərhələdə küçələrə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək. İri və xırda dənəli olmaqla küçələrin 26 min kv.m sahəsinin asfaltlanması nəzərdə tutulub.

Tikinti norma və qaydalarına uyğun olaraq, 8 yerdə yolun altından 74 metr uzunluğunda 250 mm-lik ehtiyyat borular atılacaq, səth sularının yoldan normal kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub və zəruri olan yerlərdə yeni sistem qurulacaq. Bunun üçün 7 yerdə 250 mm diametrində və 100 metr uzunluğunda borular quraşdırılacaq, 22 ədəd yeni yağış barmaqlıqları, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 52 ədəd yei baxış qapaqları qoyulacaq.

Küçələr boyu aparılan bu işlər gələcəkdə suyun yığılmasının qarşısını alacaq və asfalt-beton örtüyün tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq.

Layihəyə uyğun olaraq vətəndaşların rahat hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkilərinin bərpası və yenilərinin inşası işləri də görüləcək. Bu məqsədlə hər iki küçədə 4 min metrə yaxın piyada səkiləri qurulacaq, kənarlarına səki daşı düzüləcək.

Asfaltlanma işləri bitən kimi küçələr boyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə 90 ədəd yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlama xətləri çəkiləcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol