• $
  • €
  • ₽
  • ₺
  • £

Vətəndaş 1600 manatlıq qaz pulu borcunu görüb dəhşətə gəldi

Vətəndaş 1600 manatlıq qaz pulu borcunu görüb dəhşətə gəldi
03.08.2018 12:39
Şəmkir şəhəri, Səttərxan küçəsi, 19 ünvanında yaşayan Elman Zamanov "Azəriqaz” İstehsalat Birliyini 1600 manatlıq fırıldaqda ittiham edir. Virtualaz.org-a müraciət edən şikayətçi deyir ki, qışdan bəri istifadə etdiyi qaza görə cəmi 200 manat borcu olub və onu da avqust ayının sonuna qədər ödəməyi planlaşdırıb. Amma günlərin birində qaza görə 1600 manat borcunun olduğunu abonentə çatdırıblar. Onun sözlərinə görə, qaz operatorunun birdən-birə bu qədər "borc”u haradan çıxarması müəmmalıdır.

"Səhər yuxudan ayıldıq ki, bizə bu ilin iyul ayının 1-dək olan qaz sərfinə görə 1815 manat borc gəlib. Bunun 200 manatı əvvəlcədən var idi və avqustun sonuna qədər ödəyəcəyik. Əlavə 1600 manatı görəndə şok keçirdik və hələ də özümüzə gələ bilmirik…”, – deyə şikayətçi bildirir.

E. Zamanov qeyd edir ki, 2 ay əvvəl Şəmkir Regional Qaz İstismar İdarəsinin Şəmkir Xidmət Sahəsinin işçiləri onun mənzilindəki qaz sayğacının köhnə olmasını əsas gətirərək çıxarıb aparıblar və yerinə yenisini quraşdırıblar.

Köhnə sayğac aparılanda işlək vəziyyətdə olub, üzərində plomb var imiş və ona heç bir kənar müdaxilə olunmayıb: "Amma indi məlum olub ki, guya sayğacın ekspertizası nəticəsində cihaza müdaxilə aşkarlanıb və nəticədə bizim bu qədər borcumuz yaranıb. Bu borc necə yığıla bilər axı? Mən 2017-ci il ərzində qaz sərfinə 1083 manat görə pul ödəmişəm. Qoy araşdırsınlar ki, bir abonent bundan artıq nə qədər qaz işlədə bilər?”

Şikayətçi deyir ki, eyni aqibətlə üzləşən təkcə o deyil, qonşuluqda yaşayan Eyvaz Məmmədov adlı abonent də üzləşib, ona 1700 manat borc yazılıb.

E. Zamanov problemi araşdırmaq üçün Şəmkir Regional Qaz İstismar İdarəsinə müraciət etsə də, ona borcun ekspertiza nəticəsində təyin olunduğunu və məsələnin onlara aid olmadığını bildiriblər. Şikayətçi Şəmkir və Respublika prokurorluğuna, SOCAR-a, dövlət başçısına rəsmi məktubla müraciət etdiyini deyir.

Prokurorluqdan isə şikayətin mülki iddia olduğu əsas gətirilərək məhkəməyə müraciət etməli olduğunu deyiblər: "Şəmkir Məhkəməsinə də müraciət eləmişəm. O qədər sənəd tələb edirlər ki, inanın başımı itirmişəm, heç bilmirəm onları necə tapıb düzəldəcəyəm. Oturduğumuz yerdə bizi zülmə salıblar. Bizə gələn bildirişdə də deyilir ki, Nazirlər Kabinetinin qərarına əsasən, borcu 3 gün ərzində ödəməliyik, əks halda qazımız kəsiləcək. Belə çıxır ki, haqlı olduğumuzu sübut eləyənə qədər 9 nəfərdən ibarət ailə qazsız qalacaq”, – deyə E. Zamanov bildirir.
Vətəndaş 1600 manatlıq qaz pulu borcunu görüb şok keçirdi - Azərbaycanda
Problemi araşdırmaq üçün "Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə saxladıq. "Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev virtualaz.org-a bildirdi ki, şikayətləri araşdırmaq üçün Şəmkir Regional Qaz İstismar İdarəsinin tərkibində şöbə var. Oradan şikayətə nə cavab verilibsə, o da əsasdır.

Xatırladaq ki, oxşar problemlə bağlı bir neçə gün əvvəl Svetlana və Sergey Şulindinlər də müraciət etmişdilər. Onlar ASAN xidmət vasitəsilə ödəniş etmək istəyərkən 1339,2 manat borcla qarşılaşıblar. Ailə iddia edir ki, indiyə qədər sərf etdikləri qaza görə bütün ödənişləri edib və bu qədər borcun yaranması mümkün deyil.

Son vaxtlar "Azəriqaz” İstehsalat Birliyinin qaz itkilərini ört-basdır etmək üçün abonentlərə kütləvi şəkildə iri məbləğdə cərimələr və borclar yazdığı haqda məlumatlar var. Bir müddət əvvəl Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı "Azəriqaz”ın abonentləri kütləvi cərimələməsinə dair sənədin surətini yaymışdı.
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol