• $
  • €
  • ₽
  • ₺
  • £

Bu yolda nəqliyyat sıxlığı olmayacaq

Bu yolda nəqliyyat sıxlığı olmayacaq
03.08.2018 19:22
Bakı Nəqliyyat Agentliyi (BNA) tıxac və digər problemlərin həllini nəzərdə tutan layihələrin icrasını davam etdirir.

BNA-dan Axar.az-a verilən məlumata görə, şəhərin əsas nəqliyyat yükünü özündə cəmləşdirən yollarda hərəkətə mane olan amillərin aradan qaldırılması işləri görülür. Bu çərçivədə daha bir yolda, Zabrat şosesinin Heydər Əliyev prospekti ilə kəsişən hissəsində (Sabunçu yol qovşağı) yerüstü piyada keçidinin yaxınlığında nəqliyyat şəraitinin yaxşılaşdırılmasına dair işlər yekunlaşıb.

Ərazidə aparılan müfəssəl təhlillərə əsasən, hazırlanan plana uyğun olaraq, yerüstü piyada keçidinin yaxınlığında yolun hər iki istiqamətində yerləşən dayanacaq məntəqələrinin yeri dəyişdirilib. Əvvəllər mövcud olan dayanacaq məntəqələrindən bir qədər irəlidə yeni cib tipli dayanacaq məntəqələri təşkil edilib, pavilyonlar qoyulub, müvafiq nişanlanma işləri görülüb. Bununla yanaşı, yerüstü keçidin hər iki hissəsində səki boyunca dəmir məhəccərlər vurulub ki, bu da piyadaların yolu pərakəndə halda keçməsinin qarşısını almaq məqsədi daşıyır.

Xatırladaq ki, Sabunçu-Zabrat yolunun Heydər Əliyev prospekti ilə kəsişməsində piyada keçidinin qarşısında günün pik saatlarında yolda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilirdi. Qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücülərin avtomobilinin keçidin yanındakı dayanacaq məntəqəsini zəbt etməsi ərazidə sıxlığın yaranmasına səbəb olurdu. Axşam pik saatlarda Zabrat istiqamətində yolda yaranan sıxlıq Sabunçu yol qovşağında hərəkətin intensivliyinə ciddi maneə yaradırdı. Analoji vəziyyət səhər pik saatlarda Heydər Əliyev prospekti istiqamətində müşahidə edilirdi. Dayanacaq məntəqəsi zəbt edildiyindən sərnişinlər avtobusa yolun hərəkət hissəsində minib-düşürdülər ki, bu da onların təhlükəsizliyi baxımından çətinliklər yaradırdı. Lakin qeyd edildiyi kimi, görülən işlər nəticəsində nəqliyyat axınına maneə yaradan məqamlar artıq aradan qaldırılıb.

Məlumat üçün bildirək ki, Sabunçu-Zabrat yolunun Heydər Əliyev prospekti ilə kəsişməsində yerləşən dayanacaq məntəqələrinə gün ərzində 21 marşrut xətti üzrə avtobuslar daxil olur.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol