• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” Azərbaycan dili və əlifbası müsabiqəsinin nəticələrini açıqladı

“Nar” Azərbaycan dili və əlifbası müsabiqəsinin nəticələrini açıqladı
03.08.2018 19:10

 
 
"Nar”-ın 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə keçirdiyi müsabiqə sosial şəbəkə istifadəçilərinin böyük rəğbətini qazandı. 31 iyul – 2 avqust tarixləri arasında keçirilmiş müsabiqədə doğma dilini səlis bilən abunəçilər 1 GB internet bonusu qazanmaq imkanı əldə etdilər. "Nar” abunəçiləri internet üzərindən keçirilən müsabiqədə iştirak etməklə ana dili biliklərini sınamaqla yanaşı, qalib gələrək mobil operatordan internet bonusları da qazandılar.
 
"Nar”-ın sosial şəbəkə hesablarında keçirilən müsabiqədə on minədək abunəçi iştirak etdi. Onların böyük əksəriyyəti müsabiqədə uğurla iştirak edərək verilmiş sualları düzgün cavablandırmaqla mobil operatordan vəd edilmiş hədiyyələri qazanmağa müvəffəq oldu. Ümumiyyətlə, ana dili müsabiqəsi ictimaiyyətdə böyük rezonans doğuraraq hamılıqla təqdir edildi.
 
Müsabiqədə iştirakçılara 20 sual təqdim olunur. 9787 internet istifadəçisindən 92-si bütün sualları doğru cavablayaraq qalib oldu. Sualların kifayət qədər çətin olmasına baxmayaraq, müsabiqədə qeydə alınan orta bal 13-dür. Ümumilikdə, iştirakçıların 82%-i sualların yarıdan çoxuna doğru cavab verib. Müsabiqənin nəticələri haqqında ətraflı məlumatı nar.az veb səhifəsindən öyrənə bilərsiniz.
 
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
 
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol