“Barama Graduation Ceremony” tədbiri baş tutub

"Azercell Telekom” MMC tərəfindən ölkəmizdə
sahibkarlığın və innovasiya mühitinin inkişafına dəstək məqsədilə yaradılan
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində "Barama Graduation Ceremony”
tədbiri baş tutub. Bu, Barama Mərkəzinin PAŞA Bankın dəstəyi ilə həyata
keçirdiyi ikinci startap inkubasiya proqramının bağlanış mərasimi olub. Tədbir
çərçivəsində artıq məzun olan, eləcə də mərkəzdə fəaliyyətini davam etdirəcək
startaplar iştirak edib. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri
İmran Bağırov mərkəzin fəaliyyətindən
və bu illər ərzində həyata keçirdiyi layihələrdən söz
açaraq, 9 il ərzində Barama
Mərkəzinin 70-dən çox startap layihəyə dəstək olduğunu, onlardan 45-nin uğurlu
biznes qurduğunu, mərkəz tərəfindən reallaşdırılan layihələrin həm yerli, həm də
beynəlxalq qurumlar tərəfindən böyük maraqla qarşılandığını bildirib.
Tədbirdə proqramı uğurla başa vurmuş startapın adı
açıqlanıb. Belə ki, "Barama İnkubasiya Proqramı”nı keçərək
bugün məzun olan və uğurlu şirkətə çevrilən "Technote Media” şirkəti ən uğurlu startap seçilib. "Technote
Media" Azərbaycanda və dünyada texnologiya, sosial media, elektron
ticarət, rəqəmsal marketinq və startap sahələrində baş verən ən son yenilikləri
doğma dildə öz istifadəçi kütləsinə çatdıran yerli informasiya agentliyidir.
Barama Mərkəzində fəaliyyət göstərən zaman bir çox uğurlara imza atan və ölkəmizi
Web Summit, The Next WEB, Cannes Lions və s. kimi texnologiya sahəsində
keçirilən dünyanın ən nüfuzlu tədbirlərində təmsil edən ilk və yegənə media
qurumu olub.
Tədbirdə
Baramada fəaliyyət göstərən və artıq məzun olan startaplar mərkəzin onların
inkişafında müstəsna xidmətlərindən söz açaraq gənclərin öz innovativ fikirlərini
həyata keçirməsi və uğur qazanması üçün lazım olan vəsait, resurs və biliklərlə
təmin olunduqlarını vurğulayıblar. Mərasimin sonunda startaplara sertifikatlar
və Azercell tərəfindən hədiyyələr təqdim olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























