• $
  • €
  • ₽
  • ₺
  • £

Vahid Əhmədov: Hər manatımızın qədrini bilməliyik

Vahid Əhmədov: Hər manatımızın qədrini bilməliyik
06.08.2018 18:18
"Dövlət maliyyə nəzarəti haqqında” qanun layihəsinin qəbulu artıq sürətləndirilməlidir. Büdcə şəffaflığının təmin edilməsi üçün bu sənəd həddindən artıq vacibdir.

Bunu Oxu.Az-a açıqlamasında iqtisadçı, millət vəkili Vahid Əhmədov deyib.

"Artıq neçə illərdir bunu deməkdən, təklif etməkdən, səsləndirməkdən yorulmuşuq”, - deyən millət vəkilinin sözlərinə görə, o, həmkarı Əli Məsimli ilə həm parlamentin komitə, həm də plenar iclaslarında, sessiyaların açılışında, qanunvericilik işləri planının müzakirələrində hər dəfə bu məsələni dilə gətiriblər.

"Neçə illərdir deyirik ki, maliyyə nəzarəti ilə bağlı qanunvericiliyə ehtiyac var. Biz 30 ildir  müharibə şəraitində yaşayan ölkəyik. Eyni zamanda, dünyada 10 il öncə başlayan qlobal, dəhşətli maliyyə-iqtisadi kataklizm hər yeri "yandıra-yandıra” gedir, üstəlik, gündən-günə münaqişələr, qanlı qarşıdurmalar, terraktlar və sairə dünyanı, hər kəsi yeni suallar və çağırışlar qarşısında qoyur.

Yəni, belə bir şəraitdə biz də hər manatımızın qədrini bilməliyik. Hər qəpiyin hesabını aparmalıyıq, maliyyə, büdcə israfçılığına, qeyri-şəffaflığa qətiyyən yol verməməliyik. Bu işlərdə kimlər günahkardırsa, onların qanun, məhkəmə qarşısında dayanmasını, cavab verməsini tələb və  təmin etməliyik.

Ən güclü təsir mexanizmi kimi maliyyə nəzarəti ilə bağlı qanunvericiliyin hazırlanmasını, müzakirələrə çıxarılmasını və qəbulunu sürətləndirməliyik. Artıq bu məsələdə arxayınçılığa, bəhanlərə son qoyulmalıdır. Bu işdə həmkarım Əli Məsimli ilə də nə lazımdırsa, etməyə hazırıq. Lazım gələrsə, bu yöndə təkmil qanun layihəsi də hazırlaya bilərik, təki məsələ öz müsbət həllini tapsın.

Odur ki, qarşıdan gələn payız sessiyasında digər vacib saydığımız qanunvericilik aktları kimi, bu məsələni də yenidən gündəmə gətirməyi, onun müsbət həllinə nail olunmasını düşünürük”, -deyə V. Əhmədov əlavə edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol