Sahil Babayev Nərmin Babayevaya yüksək vəzifə verdi

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev kadr və kadr hazırlığı şöbəsinin müdiri vəzifəsinə gənc xanımı təyin edib.
Anews.az unikal.org-a istinadən xəbər verir ki, S.Babayevin müvafiq əmrinə əsasən Nərmin Babayeva nazirliyin kadr və kadr hazırlığı şöbəsinin müdiri vəzifəsinə təsdiqləyib.
Məsələ ilə bağlı qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov sayıtımıza xəbəri təsdiqləyib.
Qeyd edək ki, N.Bayramova bundan əvvəl Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatında kadr məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























