• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhriyarın adına metro stansiya? - Tuneldə qalan cavab

Şəhriyarın adına metro stansiya? - Tuneldə qalan cavab
08.08.2018 13:09
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov İsveçrənin Bil şəhərində keçirilən ənənəvi beynəlxalq superturnirin qalibi olmaqla tarixi uğura imza atdı desək, yanılmarıq.

Hər halda 33 yaşlı qrossmeysterin norveçli Dünya çempionu Maqnus Karlsen üzərində qələbə qazanması adi hadisə deyil. Özü də o, bunu sona bir tur qalmış bacardı.

Düzdü, idmançılarımızın beynəlxalq arenada qazandığı uğurlar istər dövlət, istərsə də federasiyalar tərəfindən yüksək dəyərləndirilir, onların zəfəri müxtəlik mükafatlarla qiymətləndirilir.

Bəs görəsən, idmanın inkişafı və gənclərin bu sahəyə olan marağını artırmaq üçün daha nələr etmək olar? Məsələn, müvəqqəti də olsa, metro stansiyalardan biri qısa müddətlik Şəhriyarın adını daşıya bilərmi? Niyə də yox? Bu, həm idmançı üçün əlavə motivasiya olacaq, həm də onun daha da tanınmasına şərait yaradacaq.

Nəzərə alaq ki, dünya təcrübəsində belə nümunələr var. Məsələn, Fransa millisinin dünya çempionu olmasından sonra Parisdə iki metro stansiyasının adı dəyişdirilib. Müvəqqəti olaraq ​”Notre-Dame des Champs” stansiyası millinin baş məşqçisi Didye Deşamın şərəfinə "Notre Didier Deschamps” və "Champs Elysées-Clémenceau” stansiyası "Deschamps Elysées-Clémenceau” adlandırılıb. Bundan başqa, komandanın kapitanı Uqo Llorisin şərəfinə "Victor Hugo” stansiyasının adı "Victor Hugo Lloris” olaraq dəyişdirilib. Sözügedən dəyişiklər 6 aylıq nəzərdə tutulub.

Hər halda bu nümunədən Bakı metrosunda da istifadə edilsə, heç nə itirmərik, əksinə qazanarıq. Məsələn, "Ulduz”, "Əhmədli” kimi stansiyaların adını idmançının şərəfinə heç olmasa 10 günlük dəyişmək olar.

Görəsən, Bakı Metropoliteni bu təşəbbüslə çıxış edə bilərmi? Bu sualla qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədova müraciət etdik. O, əməkdaşımızla söhbətində bildirdi ki, stansiyaların adının dəyişdirilməsi Nazirlər Kabinetinin səlahiyyətindədir. Məmmədov sualımızı metropoliten rəhbərliyinin nəzərinə çatdıracağını, ondan sonra ətraflı cavab verə biləcəyini söylədi. Ötən həftə müraciət etməyimizə baxmayaraq, eşitmək istədiyimiz cavab tuneldə qaldı.

Görünür, metropoliten rəhbərliyinin işçi qəbuluna başı qarışdığından, 3-5 dəqiqə suala cavab verməyə imkanı olmayıb.

Hər halda biz təklifimizi irəli sürdük. İdmançılarımızın növbəti uğurlarında bu barədə fikirləşmək, hətta Nazirlər Kabineti qarşısında təşəbbüslə çıxış etmək olar. Məsələn, növbəti stansiya "Qarabağ”…
 
//yenicag.az


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol