• $
  • €
  • ₽
  • ₺
  • £

Rubl üzür, amma aşağıya doğru… KÖŞƏ

Rubl üzür, amma aşağıya doğru… KÖŞƏ
13.11.2014 18:39
Rusiyanın Mərkəzi Bankı bundan sonra rublun məzənnəsini dollarla hesablanan neft qiymətinə tənzimləməyəcək. Rusiya artıq öz rublunu “1 dollara= 45 rub” dəyərində "sərbəst üzgüçülüyə" buraxdı.

"Rublu buraxmaq" – bu, o deməkdir ki, azad olan Rusiya valyutası istənilən yerə yuvarlana bilər, hətta bahalaşa da bilər. Amma sadə məntiq deyir: xeyr, möcüzə-filan olmayacaq. Rusiyaya qarşı qərb sanksiyaları dönəmində yalnız aşağıya doğru üzmək mümkündür.Rusiyalılar və qonşu ölkələrin sakinləri, Rusiya Federasiyasının mümkün olduğu qədər vəzifəsi yüksək olan rəhbərliyindən eşitmək istəyərdilər ki, hansısa bir "cəza silahı" və ya "sehrli çubuq" tapılıb. Çünki bu cür böyük ölkənin qoltuğundan dovşan “qapmaq” mümkün deyil.  Gözlədilər və istəklərinə nail oldular: VVP (Vladimir Vladimiroviç  Putin- red.) dünya maliyyə dairələrini və biznes dairələrini öz aralarında dollarlarla deyil, rublla və yuanla hesablamağa çağırdı.Dərhal istehzalı cavablar çıxdı - "Volodya Putindən də əvvəl, dolları dünya arenasından sıxışdırıb çıxarmaq istəyənlər olub, heç olmasa general Şarl de Qollu xatırlayın. Onların hamısının axırı eyni cür qurtarıb, dollar isə həmişə olduğu kimi dünyada əsas valyuta olaraq qalıb. Düzdü, avro dünya dövriyyəsinə daxil oldu, amma onsuz da dollar əvvəlki kimi hesablaşmalarda cazibədarlığını saxlayır. Kiçilən iqtisadiyyatların çıxartıqları oyunlar isə maraqlıdır, amma uzaqgörən deyil (blogger - "Qəddar Odessiyalı").Bəs dünya ölkələri rublla və yuanla ticarət edəcəklərmi? Rusiya və Çin öz aralarında bu valyutalarla ticarət edə biləcəklər.  Çinin maraqlarından başqa heç kəs onlara mane olmayacaq, çünki Pekinə öz xəzinəsində dollarları görmək xoşdur. Ən azından ona görə ki, rublun məzənnəsinin düşməsi ilə əlaqədar hər gün mümkün itkiləri və mənfəətləri hesablamağa ehtiyac qalmayacaq. Nə də olmasa, dolların məzənnəsinin sabitliyinə olan şübhələr azdır. Bəs rubl çinlilərin nəyinə lazımdır – bu kağızla dünyada nə ala biləcəklər ki? Həm də Rusiya-Çin münasibətlərində dominant mövqeyə malik olan dövlət Çindir, çünki o, Rusiya neftinin alıcısıdır. Ticarətdə isə alıcı diktə edir. Pekin necə desə, elə də olacaq.  Belə də isə, Çin və Rusiya pul ödəmədən barter üzrə mallarını mübadilə edə bilərlər. Çin telefon adapteri üçün bir kilo xam Rusiya nefti.Bütün qalan ölkələr və dolların məzənnəsini öz neftinin qiyməti ilə müəyyənləşdirən ərəb ölkələri rublu əldə etməkdə maraqlı olmayacaqlar, çünki neftin alıcısı ABŞ və Avropa olaraq qalır. Avropa yüksək texnologiyalı maşınqayırma məhsulunun və yüksək texnologiyaların unikal ixracatçısıdır. Rəqabət qabiliyyətli məhsulların ixracatçısı olan Yaponiya və Cənubi Koreya isə əsas tərəfdaşı və alıcısı olan ABŞ-ın iradəsinin ziddinə getməyəcək.Kamal ƏliANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol