• $
  • €
  • ₽
  • ₺
  • £

İki sərhəd pozucusu saxlanıldı

İki sərhəd pozucusu saxlanıldı
11.08.2018 16:00
2018-ci ilin avqust ayında DSX əməkdaşları tərəfindən sərhədboyu zona ərazisində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, həmçinin bir nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı DSX-nin mətbuat xidməti məlumat yayıb.

Birinci hadisə avqustun 3-də Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin xidməti sahəsində baş verib. Qabaqlayıcı əməliyyat məlumatı əsasında Cəlilabad rayonu Suluçeşmə kəndinin yaxınlığında "Pusqu” sərhəd naryadının xidməti təşkil olunub.

Saat 01:30 radələrində "VAZ-2172” markalı "99-GL-017” dövlət qeydiyyat nömrə nişanlı avtomobilin həmin əraziyə yaxınlaşması, avtomobildən düşən bir nəfər şəxsin yol kənarından ağ rəngli bağlamanı götürməsi müşahidə olunub.

Həmin şəxs sərhəd naryadı tərəfindən təqib edilərək yaxalanıb, əlindəki bağlamada 3 kq tiryək aşkar olunub. Saxlanılmış şəxsin Azərbaycan Respublikasının vətəndaşı Cəlilabad rayonunun sakini 1987-ci il təvəllüdlü Baxşəliyev Xəyal Əli oğlunun olması müəyyən edilib.

İkinci hadisə avqustun 8-də Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının "Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Həmin tarixdə Astara rayonunun Alaşa kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən qeydə alınıb.

İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq mühəndis-texniki çəpərə doğru hərəkət edən bir nəfər şəxs saxlanılıb. Şəxsiyyətini təsdiq edən heç bir sənədə malik olmayan sərhəd pozucusu İran İslam Respublikasının vətəndaşı, 1996-cı il təvəl­lüdlü Əli Abdullanicat Soltanhüseyin olmasını bildirib, üzərində bir ədəd mobil telefon, 2800000 İİR rialı, bir ədəd kəsici bıçaq, bir ədəd qızıl üzük və bir ədəd bankomat kartı aşkar olunub.   

Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol