Petkim, MIT-nin Sənaye Əlaqə Proqramına (ILP) üzv oldu

Türkiyənin neft -kimya şirkəti olan Petkim, Texnologiya, Tədqiqat-İnkişaf və kimya sahələrində
dünyanın ən yaxşı texniki universitetlərindən
biri olan Massachusetts Institute of Technology-nin (MIT) Sənaye Əlaqələndirmə Proqramına
(ILP- Industrial Liaison Program) üzv olmuşdur.
Petkim, avqust ayından etibarən
iki il ərzində ortaq maraq dairələri üzrə birgə əməkdaşlığı təmin edəcək bu
üzvlük ilə ILP proqramına daxil olan 250 qlobal şirkətdən biri olmuşdur.
MIT, sənaye
sektorunun qabaqcıl şirkətləri ilə Dünyadakı problemlərin müzakirəsi və
problemlərin həlli istiqamətində birgə fəaliyyət göstərmək üçün əlaqələr
quraraq, sənaye və ictimayyət üçün faydalı olacaq əhəmiyətli işlərə imza
atmaqdadır. MIT-nin bu missiyası çərçivəsində yaradılan Sənaye Əlaqələndirmə Proqramı
hər sektor üzrə qabaqcıl şirkətlərlə birgə məhsuldar nəticə yaratmaq üçün
davamlı olaraq inkişaf etdirilən vacib bir layihədir. Bununla da Petkim ILP
üzvlüyü ilə MIT-dəki tədqiqat məsələlərini əhatə edən və öz sektorunda qabaqcıl
250 qlobal şirkət arasında öz yerini almışdır.
www.anews.az
Petkim, Tədqiqat-İnkişaf sahəsində fəaliyyətlərini və sektorun inkişafına töhfə verəcək strateji tədqiqatlarını beynəlxalq
arenaya çıxartmaq məqsədi ilə texnologiya və mühəndislik sahəsində dünyanın qabaqcıl
universitetlərindən biri olan MİT-nin Sənaye
Əlaqələndirmə Proqramına (ILP) üzv olmuşdur. MIT-nin dünya miqyaslı şirkətlərlə
qarşılıqlı olaraq informasiya və
texnologiya sahəsində əlaqələr qurmaq və inkişaf etdirmək məqsədi ilə yaradılan
bu proqramı çərçivəsində, Petkim
strateji əhəmiyyəti olan spesifik tədqiqat sahələrinə istiqamətlənəcək. Petkim-in
əsas strategiyalarından birini təşkil edən rəqəmsal dəyişiklik və innovasiya
sahələrindəki layihələri baxımından da böyük əhəmiyyət kəsb edən MIT-ILP
üzvlüyünün ilk mərhələsi iki il olacaq. Həyata keçiriləcək layihələrə uyğun olaraq
bu müddət daha da uzadıla bilər.
Proqram çərçivəsində,
avqust ayında MIT tədqiqatçıları Petkim-in Tədqiqat-İnkişaf və İstehsal sahəsində çalışan əməkdaşları ilə bərabər layihə üzrə
əlaqədar məsələləri müəyyən edəcəklər. Sentyabr ayında isə Petkim-dən müvafiq
heyət ABŞ-a gedərək MIT-nin mütəxəssisləri ilə görüş keçirəcəkdir. Qarşılıqlı təhsil və potensial maraq sahələri istiqamətində
birgə fəaliyyət il boyu davam edəcək.
Petkim, 2.500 nəfərlik əməkdaşını, 2017-ci ildəki 7 milyard türk lirəsindən
artıq ümumi satışlarını, sektordakı qabaqcıl mövqeyini və təcrübəsini MIT-nin
global Tədqiqat-İnkişaf və mühəndislik layihələrindəki təcrübə dəstəyi ilə daha da inkişaf etdirməyi hədəfləməkdədir.
Petkim MIT-nin ILP ekosisteminə daxil olan 250
şirkətdən biri olmuşdur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























