• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 10 minə yaxın heyvan müayinə olundu

Azərbaycanda 10 minə yaxın heyvan müayinə olundu
15.08.2018 22:45
Rayon üzrə 7105 baş iribuynuzlu heyvan, 2508 baş xırdabuynuzlu heyvan seroloji müayinə olunub

Bunu BAKU.WS-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib. Onun sözlərinə görə, respublikanın hər yerində olduğu kimi, Ağsuda da insanların və müxtəlif heyvanların yoluxucu xəstəliyi olan bruselyoza qarışı profilaktik tədbirlər davam etdirilir.

Hazırda Ağsuda iribuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə qarşı profilaktik tədbirlər aparılır. Rayonun Hacıqədirli, Ərəbuşağı, Kalva, Nuran, Gəgəli, Sarvan və digər kəndlərində cavan iribuynuzlu heyvanlarda bruselyoz xəstəliyinə qarşı peyvəndləmə işləri aparılır. Peyvəndləmə Türkiyə istehsalı olan "Brudoll-A” vaksini ilə 3-8 aylıq dişi (damazlıq) heyvanlara göz-damcı üsulu ilə sağ qulağa nişan vurmaqla həyata keçirilir.

İndiyə kimi rayon ərazisində bruselyoz xəstəliyinə qarşı 4500 baş iribuynuzlu, 19100 baş xırdabuynuzlu heyvanda peyvənd işi aparılıb. Epizootik plana uyğun olaraq peyvəndləmə tədbirinin 6200 baş iribuynuzlu heyvanda aparılması nəzərdə tutulur.

Eyni zamanda bruselyoz xəstəliyinin diaqnostikası məqsədilə 7105 baş iribuynuzlu heyvandan, 2508 baş qoçdan qan nümunələri götürülərək seroloji müayinə olunub.

2018-ci ilin yanvar-iyul ayları ərzində respublika üzrə bruselyoz xəstəliyinə qarşı 1462309 baş xırdabuynuzlu heyvanda "Rev-1” vaksini ilə, 329461 baş iribuynuzlu heyvanda "S-19” vaksini ilə peyvəndləmə işləri aparılıb. Hal-hazırda ölkə ərazisində bu xəstəliyə qarşı peyvəndləmə tədbirləri davam etdirilir.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə bu il 513040 baş iribuynuzlu, 150652 baş xırdabuynuzlu heyvanlardan qan nümunəsi alınaraq seroloji müayinə edilib.

Qeyd edək ki, heyvanlar arasında bruselyozun ləğv edilməsi insanlarda bu xəstəliyin qarşısının alınmasının ən yaxşı yoludur. Azərbaycanda bu xəstəliyin ləğvi istiqamətində lazımi addımlar atılmaqla, təşkilat-təsərrüfat tədbirləri davam etdirilir. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol