Şamaxıda torpaq sürüşməsi oldu

Şamaxı rayonunda torpaq sürüşməsi baş verib.
Anews.az report-a istinadən xəbər verir ki, hadisə Şamaxı şəhər, məhəllə 48 A ünvanında, Hacıbaba Kərimovun yaşadığı həyətdə qeydə alınıb.
Ev sahibinin dediyinə görə, bir neçə gündür aktivləşən sürüşmə mişar daşı ilə hörülmüş hasarı uçurub. Sürüşmə şəxsi təsərrüfata ziyan vurub və yaxınlıqda olan yaşayış evinə doğru istiqamət alıb. Məsələ ilə bağlı aidiyyəti qrumlara məlumat verilib.
Qeyd edək ki, ötən il də bu ərazidə torpaq sürüşməsi baş verib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























