“28 May” stansiyası 5 həftəlik bağlanacaq

Bakı Metropolitenində stansiyalardan biri bağlanacaq. Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin ANS PRESS-ə verdiyi məlumata görə, metropolitendə yaşıl xəttlə qırmızı xəttin ayrılması üçün plan hazırlanıb. Onun sözlərinə görə, planın icrası üçün Fransa şirkətilə müqavilə bağlanıb.“İşlərin icrasına yaxın günlərdə başlanacaq. İşlər ümumilikdə 38 ay ərzində həyata keçiriləcək. 2 böyük tunel qazılacaq. Tunelin hər biri 100 metr uzunluqda olacaq. İşlər mərhələli şəkildə həyata keçiriləcək. İşlərin yekunlaşmasına az müddət qalmış “28 May” stansiyası sərnişinlərin istifadəsi üçün bağlanacaq”, - deyə Nəsimi Paşayev bildirib.Qeyd edək ki, “28 May” stansiyası 5 həftə bağlı qalacaq.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























