• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in uşaqların rifahına yönəlik sosial layihələri davam edir

Azercell-in uşaqların rifahına yönəlik sosial layihələri davam edir
17.08.2018 11:27
Müxtəlif sosial aksiyaların təşəbbüskarı və dəstəkçisi "Azercell Telekom” MMC-nin həyata keçirdiyi unikal layihələrindən olan "Mobil Göz Klinikası” və "Mobil Diş Klinikası” isti yay aylarında da fəaliyyətini davam etdirib.
 
Mütəmadi olaraq uşaq və ahıllar evlərinə səfər edən "Mobil Diş Klinikası”nın həkimləri iyul ayında Zabrat qəsəbəsində sosial sığınacaqda məskunlaşan 18 uşağın dişini müayinə və müalicə ediblər. Uşaqların, xüsusilə də uşaq evlərində olan, himayəsiz körpələrin sağlamlığının qorunmasına yönələn Azercell-in ən müasir tibbi avadanlıqla təchiz edilmiş "Mobil Diş Klinikası”, demək olar ki, ölkəmizin bütün bölgələrində təcili qayğıya ehtiyacı olan insanlara pulsuz tibbi yardımını davam etdirməyi planlaşdırır.

2011-ci il iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günündə fəaliyyətə başlayan "Mobil Göz Klinikası” da Azercell-in uğurlu layihələrindəndir. Layihənin məqsədi valideyn himayəsindən məhrum olan uşaqların göz xəstəliklərinin profilaktikasının aparılması, onların hərtərəfli müayinəsinin təşkilidir. Azercell-in respublika miqyaslı bu təşəbbüsü həmçinin ahılları və aztəminatlı ailələri də əhatə edir. Klinikaya müraciət edən insanlar peşəkar oftolmoloqların, mütəxəssislərin müayinəsindən keçir, gözlərin qorunması üçün zəruri məsləhətlər alırlar. İyul ayında Klinikanın həkimləri tərəfindən "Qızıl Aypara Cəmiyyəti”nin təşkilatçılığı ilə 42 kimsəsiz və aztəminatlı şəxs müayinə və müalicə edilib. "Duyğu" Sosial Reabilitasiya İctimai Birliyində isə 35 uşaq klinikanın pulsuz yardımından yararlanıb, ehtiyacı olanlar pulsuz eynəklərlə təmin olunub.

Məlumat üçün bildirək ki, layihə çərçivəsində təkcə ötən ildən etibarən ümumilikdə "Mobil Göz Klinkası”nda 1500-dən artıq şəxs müayinədən keçib.
 





www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol