• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda əhalinin sayı 10 milyonu nə vaxt ötəcək?

Azərbaycanda əhalinin sayı 10 milyonu nə vaxt ötəcək?
17.08.2018 21:48
Ötən gün Dövlət Statistika Komitəsi tərəfindən Azərbaycan əhalisinin sayı açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 38 min 49 nəfər artaraq, iyul ayının 1-i vəziyyətinə 9 milyon 936 min 134 nəfərə çatıb.

Bunu nəzərə alaraq, əhalinin nə zaman 10 milyonluq həddi aşacağını öyrənmək üçün Dövlət Statistika Komitəsinin məlumatlarına əsaslanıb, kiçik bir araşdırma apardıq.

Məlum oldu ki, 2010-2017-ci illərdə Azərbaycanda əhalinin təbii artımı aşağıdakı şəkildə olub:

Son səkkiz ilin nəticələri əsasında hesablama aparsaq, məlum olur ki, 2010-cu ildən bu günədək ölkə əhalisi hər il orta hesabla 112 min nəfər artıb.

Lakin 2016-cı ildən başlayaraq, Azərbaycanda təbii artımda kəskin azalma müşahidə olunur. Belə ki, əgər 2016-cı ildə ölkədə təbii artım 104,4 min nəfər olubsa, 2017-ci ildə bu göstərici 88,1 min nəfərə düşüb.

Bu ilin yeddi ayına olan statistik göstəricilər onu deməyə əsas verir ki, ilin sonunda təbii artım 70-75 min nəfərlik həddi ötməyəcək, çünki ilin əvvəlindən bu günədək təbii artım cəmi 38 min 49 nəfər təşkil edib (orta aylıq təbii artım 6341).

Yuxarıda qeyd etdiyimiz kimi, bu ilin iyul ayının 1-nə ölkədə əhalinin sayı 9 milyon 936 min 134 nəfərə çatıb, yəni, 10 milyonluq həddi aşmaq üçün 63 min 866 nəfər təbii artım lazımdır.

Beləliklə, yuxarıda qeyd olunan statistik göstəricilər, illik təbii artım templərinin azalması və orta aylıq göstəriciləri nəzərə alaraq, bu tarixi hadisənin - yəni, 10 milyonluq say həddinin 2019-cu ilin iyun-iyul aylarına təsadüf edəcəyi proqnozlaşdırılır.

Ümumiyyətlə, qeyd edək ki, Dövlət Statiktika Komitəsinin açıqladığı rəqəmlərə nəzər salaq, Azərbaycan xalqı 8 milyonluq hədii 2000-ci ildə keçib. Belə ki, həmin il əhalinin təbii artımı 81,5 min nəfəri ötüb və 8 milyon 32 min nəfər olub. 

Növbəti, 9 milyonuncu həddi aşmaq üçün cəmi 10 il tələb olunub və artıq 2011-ci ildə əhalinin sayı 124 min nəfər artaraq, ilin sonunda 9 milyon 111 min nəfərə çatıb. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol