• $
  • €
  • ₽
  • ₺
  • £

Dolları lirəyə çevirib ev alana təzə maşın hədiyyə!

Dolları lirəyə çevirib ev alana təzə maşın hədiyyə!
20.08.2018 19:42
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əhalini dollarlarını türk lirəsinə dəyişməyə çağırışından sonra ölkənin bir sıra iş adamlarının başlatdıqları kampaniyalara Yalova bölgəsində inşaat firması da qoşulub.
Vətəninfo.az Türkiyə KİV-ə istidan xəbər verir ki, Yalovanın Çiftçiköy qəsəbəsində yaşayan Bünyamin Aytekin adlı iş adamı dollarını lirəyə çevirib ona məxsus firmadan ev alan şəxslərə 80 min TL dəyərində avtomobil hədiyyə edəcəyini vəd edib: "Ölkəmizə iqtisadi təzyiqlər var. Biz də bu təzyiqlərin qarşısında bir vətəndaş kimi öz prezidentimizə, ölkəmizə dəstək olmaq üçün belə bir kampaniya başlatdıq. Gücümüz nəyə çatar deyə fikirləşdik. Hazırda dörd blokdan ibarət binamızın iki bloku artıq tamamlanıb. Kampaniyamız həmin binalarda 5 mənzil üçün keçərlidir. Bu bloklardan 375 min TL dəyərində mənzil alan müştərilərimizə təzə avtomobil hədiyyə oluncaq”.


Bu kampaniyaya qoşulmaqda məqsəd isə insanların dollarını mübadilə edərək ölkə iqtisadiyyatına xeyir vermələridir.  İş adamı qeyd edib ki, bunda firmalarının da payının olmasından, ölkəyə, prezidentə dəstək verməsindən bir vətəndaş kimi qürur duyur.
Kampaniya ilə bağlı ətraflı məlumat verən iş adamı qeyd edib ki, bu kampaniyaya qoşulmaq istəyənlər ən azı 50 min dollar məbləğində pulu lirəyə çevirməlidirlər: "Kampaniyada ən aşağı məbləğ 50 min dollardır. Şübhəsi olan şəxslərə rəsmi müqavilələri göstərə bilərik. Burada məqsəd pul qazanmaq, mənzil satmaq deyil. Firmanın zərərlə çıxması belə bizi qorxutmur”.
Şirkət rəhbərinin sözlərinə görə, artıq kampaniya üçün nəzərdə tutulan 5 avtomobil hazırdır və bütün vergiləri ödənilib.
Xatırladaq ki, ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışından sonra ölkədə bir çox sahibkarlar "yastıq altındakı” dollarların lirəyə dəyişdirilməsini stimullaşdırmaq üçün ən müxtəlif xidmətləri pulsuz təklif etməyə başlayıblar. Bunlara bədən masajı, pulsuz saçkəsmə, kran, avtomobil yuma kimi xidmətlər daxil idi. Hətta kampaniyaya qoşulan şəxslər arasında dollarını dəyişərək qəbzini təqdim edənlərə limitsiz yemək və içki (alkaqolsuz) təklifləri də var idi.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol