Azercell “İlin Telekommunikasiya Şirkəti” və “İlin Korporativ Sosial Məsuliyyət Proqramı (Avropa üzrə)” adını qazandı

Abunəçilərinə təklif etdiyi keyfiyyətli xidmət,
etibarlı şəbəkə, sərfəli kampaniyalar və eyni zamanda həyata keçirdiyi çoxsaylı
sosial layihələr "Azercell Telekom” MMC-yə daha bir beynəlxalq mükafatı
qazandırıb. Şirkət beynəxalq aləmdə nüfuzlu ödül kimi qəbul edilən "Stevie” Beynəlxalq
Biznes Mükafatında 2 nominasiya üzrə qalib olub. Dünyanın 200-dən çox mötəbər
biznes eksperti, şirkət sahibi və iş adamlarından ibarət beynəlxalq münsiflər
heyətinin iki aydan çox müddətdə apardığı qiymətləndirmə nəticəsində topladığı
yüksək ortalama bala əsasən "İlin Telekommunikasiya Şirkəti” və "İlin
Korporativ Sosial Məsuliyyət Proqramı (Avropa üzrə)” nominasiyalarında Bürünc
"Stevie” mükafatına layiq görülüb.
Azercell-in Korporativ Sosial Məsuliyyət və
eyni zamanda İnsan Qaynaqları sahəsində həyata keçirdiyi layihələr "Stevie”
mükfatında qalibi olmağa əsas verib. Fəaliyyət göstərdiyi 21 il ərzində
çoxsaylı Korporativ Sosial Məsuliyyət layihələrini həyata keçirən Azercell
Telekom ölkədə sahibkarlığın, təhsilin inkişafına, uşaq hüquqlarının qorunmasına
yönəlik müxtəlif sosial layihələrin həyata keçirilməsinə, 20 milyon ABŞ
dollarından yuxarı vəsait sərf edib. 2017-ci ildə Azercell-in xüsusilə Azərbaycanda
kiber təhlükəsizliyin təmin və təbliğ edilməsinə dair gördüyü işlər xarici
ekspertlər tərəfindən uğurlu fəaliyyət kimi dəyərləndirilib. Belə ki,
İnternetin insanın gündəlik həyatına artan təsirini, xüsusilə də internetdə
uşaqların müdafiəsinin vacibliyini nəzərə alaraq, Azercell Telekom orta məktəblərdə
şagirdlər, müəllimlər və valideynlər üçün "İnternet təhlükəsizliyi və rəqəmsal
vətəndaşlıq” mövzusunda açıq təlimlər həyata keçirir, kiber təhlükəsizliyə dair
müxtəlif yaş təbəqəli insanlar üçün "Azercell Plus Təhlükəsizlik” proqramı çərçivəsində
eksklüziv tətbiqlər təqdim edir (https://www.azercell.com/az/personal/services/partner_services/safety/).
Məlumat üçün bildirək ki, "Stevie" mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin tanıdılmasıdır. Müsabiqənin missiyası nümunəvi təşkilatların profilinin yüksəldilməsi, mətbuat, işgüzar aləm və geniş ictimaiyyət arasında fərqlənən qurumların fəaliyyətinin qiymətləndirilməsidir.
Qeyd edək ki, "Azercell Telekom” MMC "Stevie” mükfatında 2011-ci ildə Sosial Məsuliyyət layihələrinə görə "İlin İctimaiyyətlə Əlaqələr Şirkəti", 2012-də ətraf mühitin qorunmasına xidmət edən "Karbon Kalkulyator" layihəsinə görə "İlin Kreativ Komandası", 2014-cü və 2015-ci illərdə isə İlin ən yaxşı məhsulu ("Bölgə" tarifinə görə), İlin Telekommunikasiya Şirkəti (telekommunikasiya sahəsindəki nailiyyətlərə görə), İlin ən yaxşı Müştəri Xidməti (Müştəri Loyallığı İndeksinin ölçülməsinə dair layihəyə görə), 2016-cı ildə isə "İlin telekommunikasiya şirkəti” nominasiyalarının qalibi olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























