Azərbaycanda tütün və içki istehsalı artdı

Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə cari ilin ilk yeddi ayında ölkədə tütün məmulatlarının istehsalında 2,9 dəfə, içki istehsalında 9 faiz artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən Axar.az-a verilən məlumata görə, hesabat dövründə qida məhsullarının istehsalı isə 2,4 faiz azalıb.
Bu sahələrin əsas məhsullarından cem və marmeladların istehsalı 1,1 faiz, brendi (konyak) istehsalı 4,8 dəfə, üzüm şərabının istehsalı 34,4 faiz, alkoqolsuz içkilərin istehsalı 20 faiz artıb.
Bununla yanaşı, kolbasa məmulatlarının istehsalı 0,9 faiz, duru bitki yağlarının 12,2 faiz, qənd və şəkər tozu istehsalı isə 52,2 faiz azalıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























