• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Dubayda Ticarət Evi açaçaq

Azərbaycan Dubayda Ticarət Evi açaçaq
27.08.2018 23:32
2018-ci ilin sonunadək Azərbaycan Dubayda Ticarət Evi açaçaq.

Anews.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycanın Dubaydakı ticarət nümayəndəsi Elnur Əliyev bildirib.

E.Əliyevin sözlərinə görə, hazırkı mərhələdə Dubayda Azərbaycan Ticarət Evinin açılması üzrə ciddi layihə üzərində geniş iş gedir:

"Ticarət Evinin açılmasından sonra iki istiqamətdə işləməyi planlaşdırırıq: birincisi, məhsulların pərakəndə satışını inkişaf etdirmək, ikincisi isə müxtəlif Azərbaycan məhsullarının topdan alıcılarının axtarışı istiqamətində.

Birləşmiş Ərəb Əmirliklərinə ixrac edilən məhsulların həcminin artırılması ilə yanaşı, tədarükümüzün sabitliyini təmin etməyi planlaşdırırıq. Bu, çox vacib nüansdır, çünki məhsulumuzun BƏƏ-nin bazarlarına daimi tədarükü xüsusilə də Dubay bazarlarında potensial idxalçılar və alıcıların etimadını artıracaq. Digər tərəfdən, bu, Azərbaycanın ixracdan gəlirlərini artıracaq".

Nümayəndə qeyd edib ki, Dubaydakı Ticarət Evində Azərbaycan istehsalı olan məhsullar təqdim olunacaq, onun ziyarətçiləri Azərbaycanın mədəniyyəti, zəngin mətbəxi ilə tanış ola biləcəklər:

"Biz məhsullarımızın təqdim olunacağı müxtəlif sərgilərin keçirilməsini planlaşdırırıq. Bununla da çalışırıq ki, potensial alıcı və ziyarətçilərimizdə təkcə məhsulu almaq deyil, həmçinin Azərbaycanı ziyarət etmək istəyi də yaransın.

Yəni üzərində işlədiyimiz bu konsepsiya, həmçinin BƏƏ-dən Azərbaycana turist axınının artırılmasına yönəlib. Azərbaycan Ticarət Evi Dubayın ən prestijli yerlərindən birində açılacaq. Hazırda xarici həmkarlarımızla danışıqlar aparırıq ki, gələcəkdə irimiqyaslı sərgilər keçirək".

O bildirib ki, Ticarət Evində xüsusi məlumat ofisi fəaliyyət göstərəcək və burada istənilən şəxs Azərbaycan haqqında daha ətraflı və onu maraqlandıran, o cümlədən turizm sahəsində məlumat əldə edə bilər:

"Ticarət Evinin açılması BƏƏ-yə qeyri-neft sektoru məhsullarının ixracının artmasına, Azərbaycan məhsullarının irəliləməsinə və ikitərəfli ticarətin genişlənməsinə səbəb olacaq".

E.Əliyev, həmçinin vurğulayıb ki, Azərbaycan qitənin müxtəlif yerlərində ixracatçı kimi böyük maraq doğurur, bu da dövlətin düzgün və düşünülmüş iqtisadi siyasətindən xəbər verir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol