Sürücülərin nəzərinə: bu yollarda sıxlıq var

Hazırda Bakının bəzi yollarında avtomobil sıxlığı müşahidə edilir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Axar.az-a verilən məlumata görə, Tbilisi prospektində (şəhər istiqamətində, keçmiş Nəqliyyat Nazirliyinin qarşısı), Bakı-Sumqayıt şossesində (Bakı Beynəlxalq Avtovağzalı- "20 Yanvar” dairəsi istiqamətində), Zabrat yolunda (Heydər Əliyev prospekti istiqamətində), Üzeyir Hacıbəyov küçəsində (Cavanşir körpüsü, şəhər istiqamətində) Rəşid Behbudov küçəsində (Mərkəzi Bank istiqamətində) sıxlıq müşahidə olunur.
Həmçinin, Ziya Bünyadov prospektində (20 Yanvar dairəsi istiqamətində, Əhməd Rəcəbli küçəsi kəsişməsindən sonra) və Binəqədi şossesində (şəhər istiqamətində) hazırda sıxlıq var.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























