Azərbaycanın ən seysmoaktiv şəhərləri açıqlandı

Gün ərzində Azərbaycan ərazisində 6-10 xırda təkanlar qeydə alınır. Maqnitudası və dərinliyi az olduğu üçün biz onları hiss etmirik. Ancaq elə yerlər var ki, orada enerji yığılır və bu ərazilər daha seysmoaktiv sayılır.
Bu fikirləri Oxu.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, il ərzində təkanlar, Azərbaycan ərazisində blokların hərəkəti, eləcə də, planetdəki seysmoaktivliklə bağlı informasiyalar öyrənilir və daha fəal zonalar müəyyən edilir.
2018-ci ildə Azərbaycanda seysmoloji cəhətdən daha çox aktiv olan rayon və şəhərlər:
1. Şamaxı rayonu;
2. Abşeron yarımadasında (Bakı, Sumqayıt) təhlükə dənizdə baş verən zəlzələlərin ocaqlarına görə yarana bilər;
3. İsmayıllı;
4. Qusar;
5. Zaqatala.
Yetirmişli qeyd edib ki, məhz bu əraziləri seysmoloji cəhətdən gərgin hesab etmək olar. Bu rayonlarda zəlzələ istənilən vaxt baş verə bilər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























