• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell Diaspor Gənclərinin I Yay düşərgəsində iştirak etdi

Azercell Diaspor Gənclərinin I Yay düşərgəsində iştirak etdi
28.08.2018 15:02
Gənclərin təhsilinə və inkişafına xüsusi önəm verən, bu sahədə müxtəlif sosial layihələri həyata keçirən "Azercell Telekom” MMC Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan "Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay düşərgəsinə dəstək verib.
 
Tədbirin açılış mərasimində Azercell tərəfindən qonaqlara hədiyyələr təqdim olunub. "Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov isə tədbirdə məruzəçi qismində iştirak edib. İmran Bağırov Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin fəaliyyəti və indiyə qədər həyata keçirilən layihələr, gənc startapların inkişafında və yeni bizneslərin qurulmasında Baramanın rolundan danışıb. İ. Bağırov 9 il ərzində Barama Mərkəzinin 70-dən çox startap layihəyə dəstək olduğunu, onlardan 45-nin uğurlu biznes qurduğunu, mərkəz tərəfindən reallaşdırılan layihələrin həm yerli, həm də beynəlxalq qurumlar tərəfindən böyük maraqla qarşılandığını bildirib.

Qeyd edək ki, avqustun 22-dən 28-dək davam edən Diaspor Gənclərinin I Yay düşərgəsində ABŞ, Kanada, Yaponiya, Malayziya, İsveç, Rumıniya, İtaliya, İndoneziya, İngiltərə, bir sözlə, 37 ölkədən 140 diaspor gənci iştirak edib. Tədbir çərçivəsində ictimai şəxslər, millət vəkilləri, müharibənin ağrı-acısını yaşamış soydaşlarımız, vətəndaş cəmiyyətinin təmsilçiləri, mədəniyyət xadimləri, eləcə də yerli gənclər və diaspor sahəsinin ekspertləri ilə görüşlər baş tutub. Düşərgədə gənclər siyasəti, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, mədəniyyətlərarası dialoq, diasporun inkişafı, mədəni maarifçilik irsi, idman, diaspor mövzusu mediada və s. kimi mövzularda ekspertlərin iştirakı ilə müzakirələr təşkil edilib.
 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol